Aysu Eliyeva

Cizgi film izləmək uşaqların inkişafına necə təsir edir? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 013

Uşaqlıq dönəmlərimizdə ən çox sevdiyimiz məşğuliyyətimizlərimizdən biri də cizgi film izləmək olub. Hər birimizin sevimli və favori personajı mütləq ki var. Bəs cizgi film izləmək uşaqların inkişafına necə təsir göstərir? Valideyn nələrə diqqət etməlidir?

Təqribən 1,5 yaşdan başlayaraq uşaqlar ətraflarında olan hadisəyə, hərəkətə və gördükləri rəngə, səsə xüsusi maraq göstərirlər. Şübhəsiz ki, hərəkətli, dinamik, xüsusi rənglərlə zəngin, səs animasiyaları ilə bol olan cizgi filmlər də uşağın diqqətindən kənarda qalmır. 4-5 yaşadək uşaqlarda al-əlvanlıq, fərqli audiolar, hərəkətlilik və dinamika uşaqlarda maraq yaradırsa, artıq 4 yaşdan etibarən personaj olaraq diqqət və maraqlarını cəlb edir.  Növbəti yaşlarda isə baxdığı, izlədiyi personajı təqlid etməyə başlayır. Onlara oxşamağa çalışır, həmin personaj olan geyimlər alır, onların danışığı və hərəkətlərini yamsılayırlar. Lakin unutmaq olmaz ki, cizgi filmlərdəki personajlar həmişə də müsbət yönümlü olmur, öyrədici və tərbiyəvi xarakter daşımır. Uşaqlarda rast gəlinən davranış problemlərinin qaynağı çox vaxt bu cizgi filmlərindəki personajların mənfi davranışlarının təqlidi ilə bağlı yaranır. Ekspertlər bildirir ki, zorakılıq ilə dolu cizgi filmlərini izləyən uşaqlar əsəbi, aqressiv və davakar olurlar. Onlar eyni zamanda söz dinləməz, inadkar və səbrsiz olaraq yetişirlər. Uşaqlar üzərində zorakılıq saçan cizgi filmlərinin təsirləri ilə bağlı üç əsas məqamı qeyd etməliyik:

1) Onlar başqalarının əzab və acılarına qarşı duyğusuzlaşırlar.

2) Real həyatda ətraflarındakı zorakılıq elementlərindən heç bir narahatlıq hiss etmirlər. Onlar üçün adiləşir.

 3) Onlar aqressiv reaksiyalar və zorakı davranışlara meyillənirlər.

CIZGI FILMI

Uşaqlar süngər kimidir. Bu o deməkdir ki, onlar məruz qaldıqları hər şeyin təcrübəsini analiz etmək və ya dəyərləndirmək əvəzinə, onları analiz etmədən birbaşa mənimsəyirlər. Onların daha çox öyrəndikləri məkan televiziyadır. Cizgi filmləri uşaqları saatlarla televiziya başına kilidləyəcək şəkildə onların diqqətini cəlb edir.

Cizgi filmlərinin mənfi təsirlərinə məruz qalan uşaqlarda məktəbə qarşı istəksizlik, oxuma vərdişinin kütləşməsi, diqqət dağınıqlığı və hiperaktivlik  ortaya çıxa bilir. Bundan başqa cizgi filmlərinin təsirində qalan uşaqların gerçək həyatlarında xəyal ilə reallığı ayırd edə bilmədikləri də görülə bilir.

Uşaqlar cizgi filmə daha çox yemək yedizdirilərkən baxır. Valideynlərin ən çox etdiyi səhvlərdən biridir. Daha çox valideynlərin əziyyət çəkdiyi problem uşaqlarda qidalanma istəyinin olmaması, yeməklərdə seçicilik, iştaha zəifliyidir. Analar övladı yemək yesin deyə cizgi film ilə uşağın başını qatıb, diqqətini dağıdaraq qidalandırmağa çalışırlar. Lakin bu uşaqlarda  gələcəkdə qidadaki dad duyumunu ala bilməmək, yeyib doymamaq halları görülə bilər.

İkinci bir halda isə” övlad sakit dursun deyə” verilən cizgi filmlərdir. “Baxsın başı qarışsın,məndə işlərimi həll edim” deyən  anaların üz tutduğu çözüm yöntəmidir. Bu halda isə uşaqda nitq ləngiməsi, ünsiyyət zəifliyi, ifadəedici nitqin olmamasi, ana dilində yetərli söz bazanın olmaması, cizgi filminə baxdığı dildə xarici lüğətin yaranması halları baş verir. Psixomotor sürəti ləngiyir, diqqətini fokuslamaqda çətinlik çəkir. Xəyal dünyaları olmur və fantaziya qurmaqda əziyyət çəkir.

Həmçinin müasir cizgi filmlərdə rollu oyunların olmaması, vahid sujet xəttinin, ardıcıllığının olmaması  və sadəcə qaç tutdan ibarət filmlər uşaqlarda baş qarışıqlığı yarada bilər.

cizgi filmi

Övladım cizgi filminə gündə nə qədər baxa bilər?

-3 yaşa qədər uşaqların TV, planşet və telefon istifadəsinə və şüaya məruz qalmasına icazə olmaz. Yaş artdıqca 8-10 dəqiqədən başlayaraq , müddəti az-az artırmaq olar. Lakin müddət artsa belə, birdəfəyə uşağı ekran qarşısında da davamlı otuzdurmaq doğru deyil. Həmin müddəti 3-4 yerə bölərək baxa bilər. Çox yaxşı olar ki, uşaq cizgi film izləyən zaman valideynlərdən biri onunla bərabər izləyib, prosesi və gedişatı ona izah etsin. Hətta yaddaş və analiz üçün personaj, cizgi filmlə bağlı suallar vermək də olar.

 

Psixoloq Aysu Əliyeva




6 şərh “Cizgi film izləmək uşaqların inkişafına necə təsir edir? – VALİDEYNLƏRİN MENYUSUNA

  1. Konul Agayeva

    Cizgi filmleri usaqlar ucun cox onemlkidi ama neye baxdigina da diqqet etmek lazimdi. Bu menada valideynlere bu yazini meslehet bilirem

    Cavabla
  2. Kəmalə

    Butun ailələrdə hər gun muzakirə edilən və problemə səbəb olan movzudur. Yazınız üçün təshəkkurlər.

    Cavabla
  3. Ayxan

    Düşünürəm bir çox valideynlərin yaralı olduğu və çətinlik çəkdiyi mövzuya toxunmusunuz. İnsallah ki bir çox valideynlərə istiqamət olacaq bu yazı. Elminiz bol olsun. Yazılarınızın davamlı olmasını diləyirəm

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir