Ayten Yusifova

Cütlüklərdə bağlanma tərzlərinin onlar arasındakı münasibətlərin dinamikasına təsiri – “SEANS VAXTI”

Baxış sayı: 630

“Gencaile.az” saytı “Seans vaxtı” rubrikasında “Rebrain Academynin klinik psixoloqu və EMDR -terapevti Ayten Yusifovanın “Cütlüklərdə bağlanma tərzlərinin onlar arasındakı münasibətlərin dinamikasına təsiri” mövzusunda yazısını təqdim edir.

Erkən uşaqlıqda, valideyn-uşaq münasibətlərinin insanın inkişafına, digər insanlarla münasibətlərinə və psixoloji uyğunlaşmasına təsir göstərməsi psixoloji araşdırmalarda ümumi olaraq qəbul edilir. Erkən uşaqlıq dövründə valideyn-uşaq münasibətinin uşağın sonrakı həyatında təsirini və onun inkişafı üçün vacibliyini vurğulayan ilk və ən önəmli araşdırma, Bowlby tərəfindən aparılan uşaq və ona baxan arasında olan bağlılıq haqqında olan tədqiqatın nəticəsidir.

 

Bağlanma nəzəriyyəsinin inkişafı

John Bowlby, 1958-ci ildə etdiyi araşdırmalara əsasən qeyd edirdi ki, uşaq dünyaya gəldikdən sonra ilk 12 ay müddətində ona baxım verən ana fiquruna qarşı dərin bir bağ inkişaf etdirir. Və uşaq bu dönəmdə bağlılıq inkişaf etdirdiyi şəxsə qarşı istək göstərir, lakin bağlı olduğu şəxsdən uzaqlaşdığı zamanda isə kədər və stress əlamətləri göstərir.

John Bowlby, 1978-ci ildə araşdırmağa davam etdiyi bağlanma nəzəriyyəsinə görə, bağlanma davranışının bütün mədəniyyətlərdə ortaq olaraq müşahidə edilən bəzi xüsusiyyətləri vardır. Bunlardan biri “Spesifiklik xüsusiyyəti”dir hansıki, burada müəyyən edilən odur ki, bağlılıq yalnız bir şəxsə və yaxud çox az şəxsə qarşı yaranan davranışdır. Birdən çox şəxsə qarşı inkişaf etdirilən bağlılıq zamanı isə bağlanmanın intensivliyi yönələn şəxsə görə dəyişəcəkdir və iyerarxiya bir quruluşa malik olacaqdır. Məsələn: anaya qarşı dərin bağlanma inkişaf etdirən uşaq başqa bir qohumlara qarşı daha az bağlanma inkişaf etdirəcəkdir. Bu baxımdan bağlanma davranışı, iyerarxiya şəklindədir və bu “Spesifiklik xüsusiyyət”i adlanır.

Bağlanmanın bir digər xüsusiyyəti onun müddətidir. Bağlanma, yaşamın böyük bir qismini tutan bir davranış formasıdır. Uşaqlıq dövründən başlayaraq inkişaf etdirilən bağlanma davranışı, zamanla zəifləyə bilər və yeni bir bağlanma davranışı yarana bilər. Lakin adətən erkən uşaqlıq dönəmində inkişaf etdirilən bağlanma davranışı ömür boyu davam etməkdədir.

Bağlanmanın yaranması, davam etdirilməsi, pozulması və yeni bağlılığın inkişaf etdirilməsi zamanı insanda dərin emosianal reaksiyalar yaranar. Bağlanma davranışının inkişaf etdirilməsinin ilkin dönəmlərində müsbət hisslər müşahidə edilərkən, itki dövrlərində isə qayğı, narahatlıq kədər və.s kimi emosialar müşahidə edilir.

Bağlanma davranışının inkişaf etdirilməsinə dair vacib olan başqa bir ünsür də “Öyrənmək”dir.  Bağlanma davranışını inkişaf etdirə bilmək üçün uşaq, bağlılıq inkişaf etdirdiyi şəxsi digərlərindən fərqləndirə bilməlidir. Tanış olan və yad şəxsləri ayırd etmənin uşaq tərəfindən öyrənilməsi bağlanma davranışının təməlini qoyur.

Amerikalı psixiatr Zeanah, bağlanmanın keyfiyyətini ana və uşaq arasında olan münasibətin müəyyən etdiyini qeyd etmişdir. İnsan doğulduğu andan etibarən onun aclıq, susuzluq kimi təməl ehtiyaclarının ödənilməsi ana tərəfindən qarşılanır. Daha sonra ananın uşaqla keçirdiyi vaxt və bu vaxtı necə idarə etdiyi önəm daşıyır. Uşağın sosial və emosianal baxımdan inkişaf etməsində mövcud bağın güclənməsində ananın həssaslığı çox vacibdir. Ana və uşaq münasibətində həm ana, həm də uşaq bir-birlərinin emosialarına cavab verdikləri dərəcədə aralarındakı emosianal münasibətin keyfiyyəti artmaqdadır.

Bağlanma nəzəriyyəsinin genişlənməsində mühim rol oynayan Mary Ainsworth, ana və uşaq arasında bağlanma tərzinin inkişaf etməsində, ananın uşağın işarətlərinə qarşı həssaslığını müəyyən etdi. Ainstworth hesab edirdi ki, həssas bir ana bunları edər:

  • Uşaqdan gələn siqnalları diqqətlə və anında qəbul edər.
  • Bu siqnalları uşağın perspektivinden baxaraq düzgün şərh edər məsələn, uşaq ağladığı zaman ana, bu ağlamanın aclıqdan, qorxudan, narahatlıqdan, ağrıdan və yaxud sıxıntıdanmı qaynaqlandığını bilir.
  • Uşağın verdiyi siqnallara uyğun reaksiya göstərir.
  • Uşağın məyusluqlarında, onun bu, məyusluğa tolerantlıq göstərə bildiyi zamana qədər reaksiya göstərir. Məsələn, uşaq ağrıdan ağlayırsa, ana uşağın ağrıya dözə bildiyi ana qədər ona reaksiya verir.

 

Bağlanma tərzləri

Bağlanma tərzi, şəxsin anayla uşaqlıq dönəmində yaşadığı münasibətə və təcrübəyə əsasən müəyyən olunur. Yəni beynin bağlanma davranışını “Sağlam, etibarlı və təhlükəsiz” ilə yoxsa “Yalnızlıq, tərk edilmə və qorxu” ilə əlaqələndirilməsiylə bağlıdır. Uşaq və ana arasındakı münasibət baxımından bağlanma tərzləri belə şərh edilir:

1) Güvənli bağlanma: bu bağlanma tərzində ana uşaqdan uzaqlaşdığı zaman uşaq narahat olmağa başlayır, lakin başqa biri tərəfindən sakitləşdirilə bilinir. Uşaq ananı yenidən görəndə sevinər və ananı qucaqlayar. Ümumi vəziyyətlərdə isə sakit, hüzurlu və xoşbəxtdir. Güvənli bağlanma tərzi inkişaf etdirən uşaqlar, həyatının digər dönəmlərində müəllimlər və başqa uşaqlarla yaxın münasibətlər qurmaq və davam etdirməkdə uğurludur.

2)Təşvişli bağlanma: anasına qarşı təşvişli bağlanan uşaqlar, anayla olan qısa ayrılıqdan sonra yaxınlıq qurmaq istəməzlər. Yad bir insana qarşı analarından daha yaxın və dostca davranarlar.

3) Qaçınqan bağlanma: qaçınqan bağlanma tərzi inkişaf etdirən uşaqlar, anaları yanlarında olan zaman hisslərini ifadə etməzlər. Anayla yaşadığı qısa ayrılıq zamanı analarının yoxluğundan narahat olmamış kimi görünürlər və anaları gəldikdən sonra yaxın olmaqdan qaçırlar.

4) Qeyri-müəyyən bağlanma: bu bağlanma tərzi təşvişli və qaçınqan bağlanmanın qarışımı şəklindədir. Bu tip bağlanma tərzi, uşağa baxan şəxsin depressiyaya girməsi, narahat olduğunda və ya uşağa istismar edici şəkildə davrandığı zaman ortaya çıxdığı müəyyən edilmişdir.

Bowlby, bir fərdin valideynləri ilə olan münasibətindəki təcrübələr və yetkinlik dönəmində romantik münasibəti, evlilik və öz uşaqlarına qarşı olan valideynlik tərzi arasında səbəb-nəticə əlaqəsinin mövcud olduğunu müəyyən etmişdir.

 

Bağlanma tərzləri və romantik münasibətlər

Son illərdə aparılan araşdırmalar göstərir ki, şəxsin bağlanma tarixçəsi yəni onun bağlanma tərzi, həyatının sonrakı dönəmində onun partnyor seçimində və partnyoruyla olan bağlılığı, münasibəti üzərində təsiri vardır.

Hazan və Shaver, Bowlby və Ainsworth-un erkən uşaqlıq dövrü ilə bağlı araşdırmalarını, müəyyən etdiyi bağlanma tərzlərini, yetkin fərdlərə uyğunlaşdıraraq romantik münasibətlərə bağlılıq nöqteyi-nəzərindən baxılmasına dair yeni bir töhfə verdilər. Bu tədqiqatlar, bağlanma tərzi və yetkinlik dönəmində romantik münasibətlər, partnyor seçimi arasında əlaqəni öyrənən ilk tədqiqat hesab olunur. Hazan və Shaver tərəfindən aparılan araşdırmalara görə, yetkinlik dönəmində yaşanılan sevgi münasibətləri, yaşamın erkən uşaqlıq dövründə uşaq və ona baxan arasında qurulan bağ kimi, partnyora qarşı qurulan bir bağdır (12). Aparılan bu araşdırmaların nəticələrinə görə, yetkinlik dönəmində şəxsin partnyoru ilə qurmuş olduğu bağın, onun erkən uşaqlıq dövrlərində valideynləriylə (və ya uşağa baxan şəxs) qurulan münasibətin sağlam və keyfiyyətli olmasına görə dəyişiklik göstərir.

Romantik münasibətlərlə bağlı araşdırmalarda ən çox diqqət çəkən dəyişənlərdən biri də fərdlərin sahib olduğu bağlanma tərzi onların romantik münasibətlərində düşüncə, davranış və duyğularına təsir etdiyi ifadə edilir. Hazan və Shaver, bağlanma davranışlarının, romantik münasibətlər kontekstində araşdırdılar və cütlərin qurduğu romantik münasibətlərin bir bağlılıq forması olduğunu tapdılar. Onlar bildirdilər ki, bu mövzuda; körpəlik və uşaqlıq dövründə formalaşan bağlılıq, yetkinlik dövründə qurulan romantik münasibətlərdə bağlılıq ilə bağlanma tərzləri arasında oxşarlıq var. Romantik münasibətlər və bağlılıq fenomenlərinin birlikdə izah edilə biləcəyini ifadə etdilər.

Müəyyən edilən bağlanma tərzlərinə əsasən Hazan və Shaver güvənli bağlanma tərzinə malik olan insanların həm valideynləriylə olan münasibətləri, həm də digər insanlarla qurduqları yaxın emosianal münasibətlərində daha yaxşı bağlar qurduğunu qeyd etmişdilər. Təşvişli bağlanma tərzinə sahib olanlar, yaxın emosioanal münasibətlərində yəni romantik münasibətlərlində, qısqanc və emosional baxımdan stabil olmayan bir yanaşma göstərdikləri müşahidə olunub. Qaçınqan bağlanma tərzinə malik olanlar isə digər bağlanma tərzlərinə (güvənli və təşvişli) nisbətən ən az güvən hissinə sahib olan və sosial münasibətlər qurmaqda qaçınqan davranışda olduğunu müəyyən ediblər (15).

Göstərilən vəziyyətlərə uyğun olaraq, Hazan və Shaver tərəfindən aparılan araşdırmaya görə, Bowlby tərəfindən irəli sürülən bağlanma sistemi həyat boyu aktivdir və yetkinlik dövründə romantik münasibətlərdə, insanın bağlanma rolunu öz üzərinə götürməsi fikrini dəstəkləyir.

 

Ayten Yusifova

“Rebrain Academy”nin klinik psixoloqu və EMDR -terapevti




8 şərh “Cütlüklərdə bağlanma tərzlərinin onlar arasındakı münasibətlərin dinamikasına təsiri – “SEANS VAXTI”

  1. Elçin Kazimov

    Tədqiqatçılar və nəzəriyyəçilərin adı altında təqdim etdiyiniz məlumatlar məqaləni daha da etibarlı edir. Bowlby, Ainsworth, Hazan və Shaver kimi tanınmış şəxslərin işlərinə istinad etməniz, məqalənin akademik dəyərini artırır.

    Cavabla
  2. Zemine Məmmədli

    Aytən xanım, yazınız çox yaxşıdır. Bağlanma tərzlərinin hər birini ətraflı şəkildə izah etməniz çox təsir edicidir. Güvənli, təşvişli, qaçınqan və qeyri-müəyyən bağlanma tərzlərini nümunələrlə dəstəkləyərək, oxucuların bu tərzləri daha yaxşı başa düşməsini təmin edirsiniz. Öz adından sizə minnətdaram.

    Cavabla
  3. Aysel Qurbanova

    Məqaləniz, erkən uşaqlıq dövründə valideyn-uşaq münasibətlərinin insan inkişafına təsirini dərin bir şəkildə araşdıraraq mükəmməl bir iş təqdim edir. Bir neçə müsbət xüsusiyyətini xüsusi olaraq vurğulamaq istəyirəm:

    Cavabla
  4. Aysu Əliyeva

    Bu məqalə cütlüklərin bağlanma tərzlərinin münasibətləri üzərindəki təsirini aydın və dərin şəkildə aydınlaşdırır. Təqdim edilən nəzəri yanaşmalar və empirik tədqiqatların təhlili, oxucunun mövzunu yaxşı başa düşməsini təmin edir. Bağlanma tərzlərinin müxtəlif münasibət dinamikalarına necə təsir etdiyini görmək, müasir psixologiya və münasibətlər sahəsindəki yeni yanaşmalardan bəhrələnmək istəyənlər üçün çox dəyərlidir. Müəllifin yanaşması həm akademik, həm də praktiki baxımdan çox faydalıdır.

    Cavabla
  5. Pakizə Poladova

    Çox maarifləndirici bir yazıdır. Müəllifin sadə və başa düşülən üslubu, tədqiqatın nəticələrini həm mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün əlçatan edir.

    Cavabla
  6. Tahir Şükürlü

    Aytən xanımın yazısı bağlanma tərzlərinin münasibətlər üzərindəki təsirini çox aydın və təsirli şəkildə izah edir. Yazarın detallı yanaşması və mövzuya dair təqdim etdiyi dəlillər, bu sahədəki elmi bilikləri genişləndirir. Müxtəlif bağlanma tərzlərinin dinamikaya necə təsir etdiyini anlamaq istəyənlər üçün mütləq oxunması lazım olan bir işdir.

    Cavabla
  7. Faiq Əzizov

    Yazını oxunanışdan qabaq oxucu rəylərinə baxdım. Bu şərhlər, məqalənin elmi dəyərini və praktiki tətbiqini vurğulayaraq onun oxucular üçün nə qədər faydalı və təsirli olduğunu göstərir.

    Cavabla
  8. Səid Fərəcov

    Bu saytı çoxdan izləsəm də, xanımın yazısını ilk dəfədir görürəm, amma etiraf edim ki, bu mövzu cütlüklərin münasibətlərini daha yaxşı başa düşmək və daha sağlam əlaqələr qurmaq üçün vacib bir aspektdir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir