geyim

Dəbdən düşmüş və zövqsüz görünən stillər

Baxış sayı: 169

Bəzi stillər var ki, ürəyimizə yatır və daim ondan istifadə etmək istəyirik. Amma moda çox zalımdır və daim yeniliyi xoşlayır. “Gencaile.az” “Ailem.az”-a istinadən çoxdan dəbdən düşmüş və zövqsüz görünən stilləri diqqətinizə çatdırır.

 

Daim hündürdaban ayaqqabı geyinmək

Klassik hündürdaban ayaqqabılar sadəcə xüsusi yerlərdə geyilməlidir. Platforma ayaqqabılar onsuz da 2000-ci illərin sonunda atılmalı idi. Gündəlik kombinləriniz üçün ən ideal seçim düz ayaqqabılar və ya qısa dabanlılardır.

 

Həddindən çox plastik əməliyyatlar

Böyük sinə, ördək dodaqlar, qaşlara dəyən kipriklər, həddindən çox makiyaj dövrü sona çatıb. Əslində bunlar heç bir zaman moda olmayıb. Təbii gözəllik və ya bacarıqlı illizüyonların modası heç bir zaman keçməz.

 

Uzun dırnaqlar


Dırnaqlarınızı uzadırsınızsa, bu modanı düzgün izləmədiyinizin göstəricisidir. Bir də üzərinə qaşlar, naxışlar və ya aksessuarlar qoydurursunuzsa daha da pis. Burası isə dəqiqdir ki, uzun dırnaqlar zövqsüzlükdür, həm də istifadəsi narahatdır.

 

Eyni rəng və ya naxışlı ayaqqabı və çanta

Bir zamanlar ayaqqabı və çantanın eyni rəngdə və ya naxışda olmasına xüsusilə diqqət edilirdi. Həmçinin şapka, şal və əlcəklər üçün də bu keçərli idi. Lakin hazırda belə bir kombinlə olduqca zövqsüz görünəcəyiniz şübhəsizdir. Yenə uyğunluq yarada bilərsiniz, amma bu, 2 və daha çox parçanın eyni olacağı anlamına gəlmir. Tam əksinə, gözlənilməyən naxışların və rənglərin ziddiyyətindən bir ahəng yaratmaq sizə mükəmməl görünüş bəxş edər.

 

Aşağı belli şalvar, ətəklər

Cins şalvarlar və digər bel altı paltarların aşağı belli olması dəbdən düşüb. Normal və ya yüksək bel seçimi son dərəcə modern və rahat olması ilə bərabər, ayaqlarınızı da daha uzun göstərər.

 

Qaşlı paltarlar

Qaşlarla bəzənmiş paltarlar, çantalar, ayaqqabılar və digər aksessuarların dövrü sona çatıb. 2000-ci illərdəki qaşların yerini metal parçalar alıb. Məlumdur ki, kosmos əsrindəyik. Parıldayacaqsanızsa, metal parçalarla parıldayın.

 

Uyğun parçalar

Günümüzün moda anlayışı fərqli stillərin bir araya gətirilməsi və yoxlanmasını ehtiva edir. Yəni romantik paltar geyindiyinizdə ayağınızda zərif sandallar olmaq məcburiyyətində deyil. İşə gedərkən hündürdaban ayaqqabı, babet və ya sandal geyinməyə bilərsiniz. İdman ayaqqabıları ilə kostyum geyinə biləcəyiniz kimi, romantik bir paltarın altına sadə babet də geyinə bilərsiniz.

 

Qüsursuz daranmış saçlar

Başa yapışdırılan fenli saçlar, qüsursuz buruqlar, hamar yığılmış saçlar… Bunların modası çoxdan keçib. Artıq saçlarınız nə qədər təbiidirsə, o qədər cazibədar olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir