owl_detail_240_82da7a7575bf40b249057ae7cce7ce40

Dermatoloqdan xəbərdarlıq: Yayda bunları etməyin!

Baxış sayı: 378

Amerikalı həkim-dermatoloq Lindsay Zubritsky yayda ən çox rast gəlinən pis vərdişləri açıqlayıb.

Məşhur həkimin müsahibəsi “New York Post” qəzetində yayımlanıb.

Dermatoloq hovuz kənarına ayaqyalın getməməyi tövsiyə edib:

“İstər sauna, istərsə də üzgüçülük hovuzu olsun, hər hansı yaş ərazilər göbələk üçün çoxalma yeridir. Belə məkanlarda göbələk xəstəliyinə tutulma ehtimalı çox yüksəkdir”.

Həkimin sözlərinə görə, yayda tərkibində sitrus meyvələri olan kosmetikadan istifadə etməmək məsləhətdir. Çünki sitrus meyvələrinin günəşlə qarşılıqlı təsiri dərinin yanmasına və aylarla davam edə bilən hiperpiqmentasiyasına səbəb olur. Bundan əlavə, təraş zamanı ziyillərə toxunmamaq üçün onlara diqqət yetirmək vacibdir.

Dermotoloq yaş saçla yatmamağı israrla tövsiyə edib:

“Çünki seboreik dermatit kimi rahatsızlıqdan əziyyət çəkə bilərsiniz”.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir