qrip

Donuz qripi yenidən qayıtdı

Baxış sayı: 1. 843

Bir müddət öncə bütün dünyanı silkələyən “Donuz qripi” deyəsən, yenidən geri qayıdır. Səhiyyə Nazirliyi nümayəndələrinin məlumatına görə, ilin əvvəlindən Meksikada artıq 2,57 min nəfərin A/H1N1 virusuna yoluxduğu qeydə alınıb və onlardan 316-sı dünyasını dəyişib.

Bu barədə İTAR-TASS xəbər yayıb. Rəsmi məlumata görə, Xalisko, Mexiko, San-Luis-Potosi və Nuevo-Leon ştatlarında daha çox yoluxma halı qeydə alınıb. Hazırda ölkədə bu virusa qarşı əhaliyə peyvənd vurulması kampaniyası həyata keçirilir.

“Donuz qripi”nə yoluxma hallarının aşkar edildiyi ştatların sakinlərinə əlavə ehtiyat tədbirləri görmək tövsiyə olunub. Habelə tibb işçiləri əhaliyə ictimai yerlərdə olarkən tənzif maskalardan istifadə etməyi tövsiyə edirlər.

Ölkədəki sanitariya orqanları əhalini xəstəliyin əlamətləri özünü büruzə verən kimi dərhal xəstəxanalara müraciət etməyə çağırırlar.

2009-cu ildə Meksikada hakimiyyəti ölkədə fövqəladə sanitar vəziyyət elan etməyə vadar edən yeni qrip epidemiyası qeydə alınmışdı. O zaman respublikada A/H1N1 virusuna 70 mindən artıq yoluxma halı aşkar edilmişdi, 1,3 minə yaxın adam həlak olmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir