yer

Dünyanın ən təhlükəli bölgələri

Baxış sayı: 1. 610

Macəra axtarışında olanlar və adrenalin həvəskarları hər zaman standart tətil məkanlarından uzaq olur. Onlar üçün tətil dəniz, Günəş, qum demək deyil. Onlar özlərini həyəcanlandıracaq məkanları axtarır, adrenalin yaşayıb, beləcə həm istirahət edir, həm də əylənirlər.

Qeyd edək ki, bu əyləncələr olduqca təhlükəlidir. Dünyada bir çox macəra həvəskarının getdiyi məkanlar var ki, orada olduğunuz hər saniyə ölüm təhlükəsi deməkdir.

Beləliklə, sizə turistlərin səyahət etdiyi ən təhlükəli bölgələri təqdim edirok:

 

ABŞ – Ölüm vadisi

ABŞ-da yerləşən ölüm vadisində sadəcə 14 saat susuz qalmaq mümkündür. Burada ən yüksək istilik 57 dərəcəsi olub. Buranın xüsusi özəlliyi ərazidə yeriyən daşların aşkar olunmasıdır. Bu əsrarəngiz hadisə illərdir, araşdırılsa da heç bir nəticə əldə olunmayıb.

Картинки по запросу 1. Ölüm Vadisi, ABD

Afrika – Danakil səhrası

Afrikanın şimalında yerləşən Danakil səhrası yer üzünün cəhənnəmi olaraq adlandırılır. Buna baxmayaraq səhranın adından qorxmayan adrenalin həvəskarları buraya durmadan axın edir, ərazi ilə tanış olur. Bu səhrada əsasən duz hasilatı ilə məşğul olan Afar xalqı yaşayır. Burada ilin bir çox vaxtı 50 dərəcə isti olur. Ərazidə aktiv vulkanlar və zəhərli buxarlanmalar mövcuddur.

Картинки по запросу 2. Danakil Çölü, Eritre

Vaşinqton dağı

Vaşinqton dağı dünyanın ən küləkli bölgəsi olaraq rekordları qırıb. Burada ən sürətli külək 327 km/s olub. Bundan əlavə buraya ilin bütün fəsillərində qar yağır. Ortalama mənfi 40 dərəcə temperaturu olan bu ərazi olduqca təhlükəlidir.

Картинки по запросу 3. Washington Dağı, ABD

Braziliya – Queimada Grande adası

“Queimada Grande” adı verilən bu ada əsasən ilanlar adası olaraq da tanınır. Braziliyada yerləşən bu ada dünyanın ən təhlükəli məkanları sırasındadır. Səbəbi isə adanın dünyanın ən təhlükəli ilan növlərindən sayılan Bothroplarla dolu olmasıyla bağlıdır. Təxminən hər 1.5 metrlik ərazidə 5 ilan görmək mümkündür. Hazırda buraya girmək Braziliya hökuməti tərəfindən qadağan edilib.

Картинки по запросу Queimada Grande Adası

Boliviya – Madidi milli parkı

İlk baxışda göz oxşayan bu park bir o qədər də gözəl deyil. Dünyanın ən təhlükəli faunalarına ev sahibliyi edən bu park olduqca təhlükəlidir. Bundan əlavə parkda yetişən yabanı bitkilərə sadəcə toxunmaq yetərlidir ki, insanın cildinə müəyyən zərərlər verə bilsin.

Картинки по запросу Madidi Ulusal Park

Marşal adaları

Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini Mərcan adaları da olduca təhlükəli bölgələr siyahısındadır. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır. Bu səbəbə görə də sakinlər sözügedən ərazini tərk etmək məcburiyyətində qalmışdılar. Hazırda həmin ərazidə olan anormal radiasiya səviyyəsi xərçəng xəstəliyinə səbəb ola bilir.

Картинки по запросу marşal Adaları

Natron gölü

Tanzaniyada yerləşən Natron gölü hər kəsi heyrətə salır, canlıları duzdan heykəllərə çevirməsinə ilə tanınır. Bəlli səbəblərə görə bu göldə üzmək qadağandır.

Qeyd edək ki, təqdim etdiyimiz bu siyahıdakı ərazilər ən təhlükəli məkanlar idi. Dünyada bunlara bənzər bir çox təhlükəli bölgələr var.

 

Turan Oruc

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir