ev

Dünyanın 20 ən gözəl qəsəbə və kəndi barədə bilmədiklərimiz

Baxış sayı: 1. 864

Yer üzərindəki hər yer bənzərsizdir. Amma bəzi yerlər elə qeyri-adidir ki, onlar barədə yazmaq azdır. Gedib mütləq görmək lazımdır. Xüsusən də yazın gəlişi ilə insanların daha çox gəzintiyə çıxmaq, gözəl yerləri görmək həvəsi artır. Hər kəs hansısa formada yeni, fərqli, cənnət kimi yerlər görmək istəyir. 

 

1- Ölülərin yaşayanlardan çox olduğu qəsəbə

Kaliforniya Colma ile ilgili görsel sonucu

Kaliforniyanın Colma qəsəbəsində 1000 ölüyə qarşılıq yaşayan insan sayı sadəcə 1-dir. Bunun səbəbi isə yetkililərin San Fransisko yaxınlarındakı bütün məzarları bura daşımasıdır. Qəsəbənin əhalisi daha öncə ancaq məzar işçiləri, çiçəkçilər və cənazə işçilərindən ibarət idi. 1980-lərdə digər peşələrdən olan insanların da bura köçməsi ilə yaşayan insan sayı artdı. Qəsəbənin hazırkı şüarı isə “Colmada həyatda olmaq möhtəşəmdir”.

Setenil de las Bodegas ile ilgili görsel sonucu

2 – Daşdan qəsəbə

İspanyadakı Setenil de las Bodegas qəsəbəsi basalt daşa insa edildiyinə görə, dünyanın dörd bir tərəfindən turistləri özünə çəkir. Başınızı qaldırdığınız zaman göy üzü yerinə daşlar görəcəyiniz,  bir çox küçəsi olan bu qəsəbədə hər an başınıza bir daş düşəcəkmiş kimi hiss edə bilirsiniz. Amma narahat olmayın, o daşlar əsrlərdir orada asılı dayanıb.

Neft daşları ile ilgili görsel sonucu

3 – Açıq dənizdəki qəsəbə

Neft daşları olaraq adlandırılan qəsəbə isə Azərbaycandakı bir sənaye qəsəbəsidir. Açıq dəniz üzərində metaldan hazırlanmış neft yatağı platformalarında yer alan qəsəbədə hazırda yaşayan heç kimsə yoxdur.

Roswell Aya ile ilgili görsel sonucu

4 – Yadplanetlilər qəsəbəsi

Dünya miqyasında yadplanetli şəhəri olaraq tanınan Roswellaya iddialara görə, 1947-ci ildə yadplanetlilər enib. Yadplanetlilər mövzulu festivalların keçirildiyi bu qəsəbənin dörd bir tərəfi yadplanetli fiqurları ilə doludur.

Morocco Nun Chefchaouen ile ilgili görsel sonucu

5- Ən mavi qəsəbə

Morocconun Chefchaouen qəsəbəsində divarlar, qapılar, hətta nərdivanlar da mavi rəngdədir. Bunun səbəbi isə yəhudilərin mavi rəngin müqəddəs olmasına inanmalarıdır. Hazırda burada yəhudilər yaşamır, amma ənənə davam edir.

 

6 – Mağara Qəsəbəsi

Star Wars heyranlarının Luke Skywalkerin evindən xatırlayacağı Matmata, Tunusda hələ də həyatın olduğu yeraltı yerləşim yerlərindən biridir. 1970-ci illərdə bura evlər tikilsə də, yerli camaatın əksəriyyəti ənənəvi evlərdə qalmağı tərcih etdi.

 

7 – Sonuncu havayı şəhər

Slab, evsizlər, təqaüdçülər və gedəcək yeri qalmayan insanların yaşadığı bir Kaliforniya qəsəbəsidir. Buradakı insanlar suyu, işığı və keçərli bir ünvanı olmayan uydurma gecəqindularda yaşamaqdadılar. Sosial xidmət qurumları yoxdur. Bu saydıqlarımızın hamısı çox uyğunsuz görünsə də, burada yaşayanlar öz həyatlarından olduqca razıdılar. Slabberdəki insanlar buranı “Amerikadakı son havayı şəhər” olaraq adlandırır.

 

8 – Çinli Avstraliya Qəsəbəsi

Çinlilər qəsəbələr daxil olmaqla hər şeyin surətini hazırlamaqda olduqca istedadlıdır. Ölkədən çıxmadan Hallstatt Avstraliya qəsəbəsinə baş çəkmək üçün bu qəsəbəni yenidən qurmağa qərar veriblər. Bu arada çinli Hallstatt, avstraliyalı versiyasından çox daha bahalıdır.

 

9 – Cəhənnəmə ən çox bənzəyən qəsəbə

Amerikanın Miçiqan ştatı “Cəhənnəm”i tapa biləcəyiniz bir yerdir. Adın mahiyyətinin hardan qaynaqlandığını tam olaraq bilinməməklə yanaşı, qəsəbənin yeriləri onun şeytani görüntüsündən məmnundular. Qəsəbəyə gələn turistlər “Cəhənnəmə xoş gəldiniz” yazılı lövhə ilə şəkil çəkdirməyə çox həvəslidilər. Hədiyyəlik əşya satan mağazalar isə Cəhənnəmin 1 kvadrat metrlik “kupça”sını 6.66 dollara satır.

 

10 – İki ölkə arasında sıxılıb qalan qəsəbə

Büsingen am Hochrhein, İsveçrədə yerləşən, iqtisadi olaraq İsveçrəyə, idarəçilik baxımdan isə Almaniyaya aid olan bir yerdir. Bu qəsəbədə eyni zamanda İsveçrə frankını pul vahidi olaraq istifadə edən tək Alman qəsəbəsi olma özəlliyinə sahibdir.

Longyearbyen, Svalbard ile ilgili görsel sonucu

11- Bu qəsəbədə ölə bilməzsiniz

Longyearbyen, Svalbard qəsəbəsi rəsmi olaraq ölə bilməyəcəyiniz yerlərdən biridir. Qəsəbədə bir qəbiristanlıq var, amma 70 ildir heç istifadə edilməyib. Bunun səbəbi isə cansız bədənlərin çürüməsinə mane olan soyuq havadır.

 

12 – Siçovulların kral kimi bəsləndiyi yer

Hindistanın ən böyük əyaləti olan Racəstanın şimalında yerləşən kasıb Deshnoke qəsəbəsi Karni Mata məbədi sahəsində hər il dünyanın dörd bir yanından minlərlə turisti qəbul edir. Çünki bu məbəddə təxminən 20 minə yaxın siçovul yaşayır. Bir çox insanın qorxduğu, hətta baxmaqdan belə iyrəndiyi siçovullar bu məbəddə “kral” kimi bəslənilir. Çünki bölgədə yaşayan insanların inanclarına görə, siçovullar müqəddəs ruhları təmsil edirlər. Öləndən sonra yenidən dünyaya siçovul olaraq gələcəklərinə inanan insanlar ölən atalarının ruhlarının buradakı siçovullarda olduğuna inanırlar. Bölgədə yaşayan insanlar tez-tez bu məbədi “ziyarət” edir və buradakı siçovullara yemək gətirirlər.

Turistlər tərəfindən də çox sıx-sıx “ziyarət” olunan məbəddə gəzərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki məbədin hər tərəfi siçovullarla doludur. Buradakı siçovulları bilərəkdən və ya bilməyərəkdən öldürmək ağır cinayətdir. Siçovullarla birlikdə məbəddə bir neçə insan da yaşayır.

 

13 – Kambocada, Tonlesap gölü sahilindəki Kompong Luong kəndi

Bu kəndi dünyada “Üzən kənd” adlandırırlar. Kəndin bu cür adlandırılmasının səbəbi isə burada bütün evlərin suyun içində yerləşməsidir. Sahildən bir neçə yüz metr kənarda salınmış kənd özünəməxsus gözəlliyi, qeyri-adiliyi ilə seçilir. Sakinlər də elə bu gözəllikdən gələn qazancla dolanırlar. Bura üz tutan qonaqlar, turistlər 1 saat üçün 7 dollar ödəyərək mühərrikli qayıqda gəzməklə Kompong Luongun maraqlı yerləri, o cümlədən suyun içindəki daxmalarla, insanların yaşayış tərzi ilə tanış olurlar. Yerli sakinlər “baranq-baranq”(bu, Kamboca dilində əcnəbi deməkdir) adlandırdıqları turistləri qayıqda gəzdirməklə pul qazanır, ailələrini dolandırırlar. Suyun içindəki evləri görməyə gedən turistlər buradakı kafedə nahar, mağazada alış-veriş edə bilərlər.

 

14 – Namibiyada yerləşən Kolmanskop qəsəbəsi

Bir vaxtlar dünyanın ən zəngin yeri olub. Cənub yarımkürəsində ilk rentgen aparatı buradakı xəstəxanada istifadə olunub. İndi isə qəsəbə sanki səhrada basdırılıb.

 

15 – Siland adlı ölkə

Britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada “Siland” adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.

Qeyd edək ki, hazırda Silənd dünyanın ən qeyri-adi dövlətidir. Buranın ərazisi bircə neft platformasından ibarətdir. Cəmi 27  vətəndaşı var.

 

16 – Qazaxıstanın Kalaçi kəndi

Kənddə yaşayan sakinlərin tutulduğu xəstəlik elm adamlarını heyrətləndirir. Bu kəndin sakinləri 4 ildir ki, aşırı yuxu və cinsi istəkdən şikayətlidir. 2012-ci ildə başlanan və 160 insanın həyatına sirayət edən xəstəliyə “yuxu dəliyi” adı verilib. Rusiya ilə Qazaxıstanın sərhədində yerləşən kənddəki insanlar aşırı yuxu və cinsi istəklərlə bərabər, müəyyən vaxtlarda özlərindən də gedirlərmiş.

Kiçik kəndi dünyanın ən qəribə məkanlarından birinə çevirən xəstəliyin səbəbini öyrənmək mümkün olub. Belə ki, həmin kəndin ərazisində  yerləşən və artıq  istifadə olunmayan uran mədəni insanların səhhətinə ciddi təsir edirmiş. Bir zamanlar bu ərazidə tikilən mədən artıq neçə ildir ki, insanlar üçün əsl kabusa dönüb.

 

17 – Byovron-an-Oj, Aşağı Normandiya, Fransa

Bu kənddəki, demək olar ki, bütün evlər 17-ci əsrin sonunda tikilib. Burada çox az sayda ev var və ümumilikdə 200-dən çox sakin yaşayır. Bütün kəndi gəzmək üçün 15-20 dəqiqə kifayət edir, ancaq qədim normand stilində tikilən binalara sonsuza qədər baxmaq olar.

 

18 – Venqen, Bern Alpları, İsveçrə

Kənd hələ 19-cu əsrin sonundan turistlərin sevimlisi olub. O, 1300 metr hündürlükdə yerləşir və buna görə də qış mövsümündə xizək kurortuna çevrilir. 100 il bundan öncə burada avtomobillər qadağan olunmuşdu. Hər il avqust ayında kənddə “Mendelson adına musiqi həftəsi” keçir, qış mövsümündən Pasxaya qədər burada məşhur Venqen marionetkalar teatrını görmək olar.

 

19 – Zaanse-Sxans, Niderland

Bu kənd-muzey Amsterdamdan 20 dəqiqəlik yolda yerləşir. Zaanse-Sxans 17-ci əsrin Hollandiyasını xatırladır. Burada flamand evcikləri, farfor bəzəyən, taxta klomp-ayaqqabılar hazırlayan ustaları, çəmənlikdə otlayan qoyunları görmək olar. Kənddə 30 yaşayış evi və indiyə qədər aktiv istifadə olunan 10 külək dəyirmanı var.

 

20 – Portmerion, Quinet, Uels, Böyük Britaniya

Bu kəndlər Duirid çayının yaxınlığında yerləşir. Evlərin əksəriyyəti “folli” adlanır. Kəndə ziyarət 7,5 funt sterlinqə başa gəlir. 2012-ci ildən hər il burada “Festival №6″ musiqi və incəsənət festivalı keçirilir. Gəzməli-görməli yerlərin siyahısında 1960-cı ilə aid ”Herkules”, ağacdan “Köpükdə köpək” heykəllərini, “Hündür ev” – Müqəddəs Pyotr və qara qoyun, “Panteon”, zəng qülləsi, Yapon nohuru və mərkəzi meydan var.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir