goz

Erkən kataraktanın üç başlıca səbəbi

Baxış sayı: 337

Dünyada 50 milyon kor var. Onların 20 milyonu isə katarakta səbəbindən kordur. Katarakt belə inkişaf edir: əvvəlcə gözlərdə hər şey buludlu, ikiqat görünməyə, sonra isə qaralmağa başlayır. Özünüzü kataraktadan qorumaq, onun inkişafını vaxtında fərq etmək və korluqdan qaçınmaq üçün “Rosiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində mütəxəssislər məsləhətlər veriblər.

Botkin Şəhər Klinik Xəstəxanasının Moskva Şəhər Oftalmoloji Mərkəzinin rəhbəri Güljiyanə Arjimatova bildirir ki, katarakta ən çox yayılmış xəstəliklərdən biridir. Görmədə bulanıqlığının bir çox səbəbi var: siqaret çəkmək, ağır ateroskleroz, hipertoniya, diabet, yaşlanma, irsiyyət.

“Son zamanlar isə kataraktalar cavanlaşıb. Artıq 40-50 yaşlı xəstələr çoxdur. Buna qadcetlərdən həddən artıq istifadə etmək, nikotin qəbulu və günəşdə gün eynəyi taxmaqdan imtina etmək səbəb olur. Həmçinin kataraktın vaxtından əvvəl inkişafına ətraf mühit amilləri, göz zədələri və qlaukoma, miyopiya kimi digər göz xəstəlikləri təsir göstərə bilər”, – deyə mütəxəssislər açıqlayıblar.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir