sevgi

Evliliyin uzun ömürlü olması üçün nələrdən qaçmalı? – “EvliSƏN”

Baxış sayı: 83

Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi məsələlər, müxtəlif mövzulardan bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var. Psixoloqlar isə, daha çox sonuncu mövzu üzərində dayanırlar. Ümumilikdə,  evliliyin bitməsinə səbəb olan məqamlar yetərincədir. “Gəncaile.az” saytının “EvliSƏN” rubrikasında məhz ailə həyatını bitirən səbəblərdən bəhs edəcəyik.

 

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə möhkəm dost olmaları və dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: “Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirərlər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir”.

sevgi

Dostlara diqqət

Dostlarınızdan başqa sosial mediada dostluq münasibətlərinə də diqqət etmək lazımdır. çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: ” Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. Dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlikləri sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yolxucudur. Ətrafınızı sağlam evliliyi olan insanlarla təmin edin. Bu sizin də həyat yoldaşınızla münasibətinizdə əks olunar”.

kisi

Cinsi həyat əhəmiyyətlidir

Terapist Debra Campell isə cütlüklərin münasibətində seks həyatının əhəmiyyətli olduğuna diqqəti çəkir. Cütlüklər yalnız “xüsusi günlərdə” (ad günləri, bayram günləri və ildönümləri) sekslə məşğul olurlarsa, demək, artıq həyəcan təbili çalınmalıdır: ” Sekssiz və həyəcansız evlilik uçuruma gedir. Hər gün sekslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Ancaq bir-birinizi istədiyinizi və əhəmiyyət verdiyinizi göstərən kiçik toxunuşlar çox əhəmiyyətlidir. Seks tamamilə atəşli cinsi əlaqə və ya orgazm deyil. Əhəmiyyətli olan cütlüklərin hələ istənildiyini bilmələri və bir-birləri üçün xüsusi olduqları, bir-birinə ehtiyac hiss etmələridir”.

Evliliyinizin uzun ömürlü olması üçün – Bunlardan qaçın

Ev işlərinə biganə yanaşmayın

Terapistlər cütlüklərin ev işlərini aralarında bölüşməyin münasibətlərə müsbət təsiri olduğunu deyirlər. 2015-ci ildə aparılan araşdırmalardan birinin nəticəsinə görə, ev işləri və ailə məsuliyyətlərini paylaşmayan cütlüklər münasibətlərindən kifayət qədər zövq almırlar. Üstəlik, onların seks həyatları da yaxşı olmur: ” Bu evliliyin ilk illərində əhəmiyyətli məsələ kimi qəbul edilmir. Lakin irəliləyən zamanlarda böyük problemlərə yol aça bilər. tərəf müqabillərindən kimin təmizkar və ya səliqəsiz olması əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan təmizkar olanın deyingən olmaması, dağınıq olan tərəfin da vaxtaşırı məsuliyyəti paylaşmaq mövzusunda istəkli və səmimi olmasıdır”.

sevgi

Sonuncu dəfə nə vaxt sevildiyini hiss etmisən?” –deyə soruşun

Terapevt Liz Higgins isə düşüncəli və səmimi ünsiyyətin əhəmiyyətli olduğunu vurğulayır. Cütlükülərin yalnız “günün necə keçdi, əzizim?” və ya “bu həftəsonu nə edəcəyik?” kimi qısa suallarla monotonlaşmış bir ünsiyyət içində deyil, dərin və səmimi ünsiyyətdə olmalarının əhəmiyyətinə diqqəti çəkir: “Bu gün bir cütlük olaraq nəyi yaxşı etdik? Bu gün münasibətimizə qatqısı olacaq nə etdik? Sənin üçün nə edə bilərəm? Bu gün nə zaman mənimlə rahatlıq tapdığını və mənim tərəfindən sevildiyini hiss etdin? Suallar verin. Başlanğıcda bu kimi suallar mənasız kimi görünə bilər. Lakin zamanla bu cür ünsiyyətin böyük faydasını görəcəklər. Cütlüklər həftədə bir dəfə bir araya gələrək yalnız münasibətləri haqqında danışmalıdırlar. Bu formada gələcəkdə meydana gələ biləcək inciklik və ünsiyyət qopuqluğunu asanlıqla aradan qaldıra bilərlər”.

aile budcesi

Yalnız evi və bank hesabını paylaşırsınız?

Terapevt Laura Heck bildirir ki, cütlüklərin ev yoldaşı, evi paylaşan insanlar kimi davranmağa başlaması təhlükədən xəbər verir: “Yalnız evi, bank hesabını və uşaqları paylaşmaq üzərinə qurulan evliliklər yaşamağa başlayan cütlüklər, təcili olaraq özlərini yeniləməli, münasibətlərinə həyəcan qatmağın yollarını axtarmalıdırlar”.

Bununla yanaşı, mütəxəssis bildiri ki, cütlüklərin ortaq maraq sahələri ilə əlaqədar yemək və ya idman fəaliyyətləri kimi kurslarda iştirak etmələri də böyük əhəmiyyət daşıyır.

 

UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir