Terane Kazimli

Heç oyuncaq da təhlükəli olar? - "HƏSSAS ANA"

Baxış sayı: 752

Bu dəfə mövzu yenə də oyuncaq və oyun olacaq ancaq “Təhlükəli” olanlardan. Bəzən valideyin, yaxınlar heç düşünmədən həm uşağını əyləndirmək, sevindirmək, həm də inkişafını dəstəkləmək üçün oyuncaq alir. Amma fayda və zərəri haqqında düşünmək heç ağlımıza da gəlmir. Axi oyuncaq niyə təhlükəli olsun ki?!

Amma həm oyuncaq, həm də oyun məsum yox, təhlükəli ola bilər! Məsləhət olaraq deyə bilərəm ki, aşağıdakı hallarda oyuncaqlarla bağlı nünasları diqqətə alın və çalışın oyuncaq almadan öncə uşağın yaşı, bacarıqları və material olaraq keyfiyyəti da nəzərə alasınız. Axı uşaqlar bizim gələcəyimizdir və bilmədən də bu səhvləri edib, sonradan fəsadlarla qarşılaşmayaq.

OYUNCAQ

Bu oyuncaqlar uşaqların həyatı üçün təhlükəlidir.

Kiçik maqnit topları, sanki sehrli şəkildə, maraqlı fiqurlara çevrilir, uşaqlar arasında çox populyardır. Onları o dərəcədə bəyənirlər ki, uşaqlar vaxtaşırı onları udurlar.Nəfəs darlığı, ani ölüm, gec biləndə zəhərlənmə kimi hallar olmasın deyə ehtiyatlı olun.

Slaymlar tərkibli oyuncaqlar tez-tez icazə verilən bor miqdarını üstələyir, bu da uşaqlarda qusma, ishal və müxtəlif dəri reaksiyalarına səbəb ola bilər.

Çalışın daha zərərsiz və tərkibini bildiyiniz maddələrdən evdə özünüz hazırlayın Yutubda videolar var). Həm də övladınızla keyfiyyətli vaxt keçirmiş olarsınız. Mağazada satılanlarda  rəf ömrünü uzatmaq üçün bəzi maddələr, qatqılar olur çox vaxt.

uşaqlar oyuncaqlar

Uşaqlar trambolinləri (batut) sevirlər, lakin statistikaya görə, onlar tez-tez yaralanırlar. Problem tez-tez ona görə yaranır ki, praktikada alıcılar istehsalçıların əsas tövsiyələrinə əməl etmirlər: trambolin qoruyucu şəbəkə ilə məhdudlaşmır, uşaqlar batutda tək qalır və ya bir anda müxtəlif ölçülü bir neçə uşaq özlərini batutda tapırlar. Bu da yaralanma riskini xeyli artırır

Kimyəvi təcrübələr üçün set. Belə bir dəsti almadan əvvəl uşağın oynayacağı “kimyəvi” maddələrin tərkibini diqqətlə öyrənmək lazımdır, çünki yeraltı təşkilatlarda istehsal olunan bu cür dəstlər uşağa zərər verə bilər. Uşağınızın yaşına uyğun, təhlükəsiz oyuncaqlar alın.

 

Təranə Kazımlı

Pediatr, uşaq inkişaf mütəxəssisi




8 şərh “Heç oyuncaq da təhlükəli olar? – “HƏSSAS ANA”

  1. Səma Elməddin

    Maraqlı mövzudur. Məncə, ilk növbədə, oyuncaqlar yaşa uyğun olmalıdır:

    Cavabla
  2. DR Mahmud Əhmədov

    Uşağınızın psixikasına zərər vermək istəmirsinizsə, bədheybətlər şəklində oyuncaqlar almayın. Musiqi alətləri də xeyli təhlükə yaradır. Tütək, fit kimi oyuncaqlar alarkən onların səsinin icazə verilən 65 desibel həddinədək olmasına diqqət yetirmək lazımdır. Əks halda uşağın eşitmə qabiliyyəti pozula bilər,

    Cavabla
  3. Ceyhun Məmmədov

    Bir neçə il əvvəl Çində istehsal edilən oyuncaqların tərkibində qurğuşun boyası olduğu aşkar edilərək, təxminən 9 milyon oyuncaq ləğv edilmişdi. Satışdan çıxarılmalı milyonlarla oyuncaq var əslində

    Cavabla
  4. Reuhane Vahidova

    Bu gün Azərbaycanda da xarici ölkələrdən gətirilmiş hər cür uşaq oyuncaqları tapmaq mümkündür. Təəssüfedici hal ondan ibarətdir ki, həmin oyuncaqların bəziləri keyfiyyətsiz materiallardan hazırlandığından uşaqların sağlamlığı üçün təhlükə yaradır. Məsələn, Polşadan, Moskvadan, Belarusdan gətirilən oyuncaqlarla Çindən gətirilən oyuncaqlar arasında kəmiyyət və keyfiyyət baxımından kəskin fərqlər özünü göstərir.

    Cavabla
  5. Təranə Kazımova

    Təbii ki yaxşı olardı bütün ölkədə istehsal olunan və ya ixrac olunan oyuncaqlar öncədən yoxlanışdan keçsin sonra satışa və istifadəyə verilsin.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir