pomada

Hər gün dodaq boyası çəkənlər oxusun

Baxış sayı: 395

Aparılan araşdırmalar göstərir ki, qadınlar həyatları boyu təxminən 2-3 kiloqrama qədər dodaq boyasını yalayaraq udurlar. Bu isə 1 kilo kimyəvi maddə deməkdir. Ucuz dodaq boyalarının tərkibində hətta kanserogen maddələr də ola bilər. İngiltərədə kosmetika şirkətlərindən biri bunun qarşısını almaq üçün dodaq boyasını kimyəvi maddələrdən deyil, təbii minerallardan hazırlayıblar.

Nəmləndirici dodaq boyalarının dadı gözəl olduğu üçün qadınlar fərqinə varmadan dodaqlarını yalayır və nəticədə dodaqlar nəmlənmir. Dodaqları nəmləndirmək üçün kosmetoloqlar E vitamini, kakao yağı və ya düyü kəpəyi yağından istifadə etməyi tövsiyə edirlər.

Neft əsaslı dodaq nəmləndiriciləri şəfalı, yoxsa zərərlidir?

Neft dodaqların üstünü bir suvaq kimi örtür, amma yaxşılaşdırmır. Eyni zamanda dodaqlar neft əsaslı məhsullardan asılı olur və tez qurumağa başlayır. Yəni istifadə etdikcə ona daha çox ehtiyac duyursunuz. Badam, avokado, hindqozu yağı və ya şi (shea) yağı kimi təbii yumşaldıcılardan istifadə etmək daha yaxşıdır.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir