Nermine Abbasova

İsti havalarda necə qidalanmalı? – HƏKİM DANIŞIR

Baxış sayı: 431

Yay fəsilində havaların isti keçməsi “isti hava şəraitində” necə qidalanmalı” sualını da meydana gətirir. Həm özünü gumrah hiss etmək, həm də yay aylarında aktuallaşan zəhərlənmə və s. halların qarşısını almaq üçün müəyyən məqamlara diqqət etmək lazımdır.

MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova isti havalarda yüngül yeməklərə üstünlük verilməli olduğunu bildirir: “Tərəvəz salatları, soyuq şorbalar, meyvələr, balıqlar, dəniz məhsullarına üstünlük verilməlidir. Yeməkləri tez-tez yeyin (gündə 4-5 dəfə), ancaq bədəni çox yükləməmək üçün kiçik hissələrdə. Nəzərə almaq lazımdır ki, yağlı qidaların həzm edilməsi uzun çəkir.”

Onun sözlərinə görə, qida rasionuna daha çox tərəvəz və meyvə daxil edilməlidir: “Tərəvəz və meyvələr vitaminlər, minerallar və həzmi normallaşdıran liflə zəngindir. Zülalı da (yağsız ət, quş əti, balıq, paxlalılar) unutmaq olmaz. Bu, gücü qorumaq üçün lazımdır.”

Mütəxəssis xatırladır ki, 1 kq çəkiyə orta hesabla 30 ml su lazımdır, lakin istidə mayeyə ehtiyac artır: “Bədəninizə qulaq asın: susuzluq əsas siqnaldır. İstəməsəniz belə, su için. Əlbəttə ki, təmiz su içmək daha yaxşıdır, ancaq şəkərsiz meyvə içkiləri, kompotlar, yaşıl çay içə bilərsiniz. Balansı bərpa etməyə imkan verən aşağı minerallaşdırılmış qazlı su da içmək məsləhətdir. İsti havalarda orqanizm tərləyərək xeyli miqdarda mineral itirir.”

Onun fikrincə, isti havalarda şirin soda, qəhvə və spirt istehlakını məhdudlaşdırmaq daha yaxşıdır: “Unutmayın ki, isti havalarda qidaların təzəliyinə və gigiyena qaydalarına nəzarət etmək xüsusilə vacibdir. Yeməkdən əvvəl əllərinizi və qidaları yaxşıca yuyun.”

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir