Kartof piroqu

Kartof piroqunu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 042

“Gencaile.az” saytının “Yeməyə nə var” rubrikasında bu dəfə sizi kartof piroqu resepti ilə tanış edəcəyik.

 

Tərkibi:

1 kq kartof, 0,5 kq çəkilmiş ət, 2 orta boy soğan, ½ st süd, 100 qr yağ, 250 qr holland pendiri, duz, istiot

Hazırlanma qaydası:

Soğanı və kartofu soyub doğrayırıq. Sonra kartofları suya əlavə edib, bir az duz tökürük və bişiririk. Sonra digər tavaya bitki yağı töküb, soğanı və əti əlavə edib bir yerdə bişiririk. Daha sonra kartofu əzib içinə yağ, süd və istiot tökürük. Pendiri sürtgəcdən keçirib piroqu hazırlayırıq. Piroqu hazırlayacağımız qaba kartofun bir hissəsini yayırıq. Sonra əti, üzərinə pendiri və qalan kartofu yayırıq. Sonuncu qata da pendir əlavə edib qoyuruq sobaya. Bişdikdən sonra süfrəyə veririk.

Nuş olsun!

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir