menzil

Kirayə ödəyib ev sahibi olmaq… “Daşınmaz əmlakın bahalaşması iqtisadi baxımdan heç kəsə sərf etmir”

Baxış sayı: 357

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 149 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verib. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır. Yeni mənzillər seçim üçün 22 iyul 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Aylıq ödənşin 376 manat olması bir qədər insanı düşündürür. Saray qəsəbəsi şəhərə o qədər də yaxın bir qəsəbə deyil. Bu qəsəbədə ayı 376 manat bir qədər baha görünür.

Elnur Azdov

Əmlak məsələləri üzrə ekspet Elnur Azadov bildirir ki, İpoteka və Kredit Zəmanət Fondu tikinti şirkətlərindən, açıq bazardan maksimum ucuz evləri alsın deyə çalışır.

“Əslində daşınmaz əmlakın bahalaşması iqtisadi baxımdan heç kəsə sərf etmir. Dövlət investisiyası adından bu kimi alışlar heç də dövlətin marağında deyil. Bu səbəbdən də İpoteka və Kredit Zəmanət Fondu çalışır ki, bazar dəyərindən maksimum ucuz təkliflər tapsın. Bazar araşdırması aparılır, bazar araşdırılmasına uyğun olaraq vətəndaşlarla sorğu keçirilir. Daha sonra İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tender keçirilir. Tenderdə iştirak edən təşkilatçı, Bakı şəhəri və regionlarda sorğu aparır və əhali arasında aparılan sorğunun nəticəsində İpoteka və Kredit Zəmanət Fondu ərazilər seçir. Bundan sonra həmin ərazilərdə maksimum ucuz təklif edən tikinti şirkətləri arasında təklifləri toplayır.

Saray qəsəbəsində yerləşən yaşayış məntəqəsi böyük kompleksdir. Onun torpağı ucuz başa gəlib. Tikinti şirkətinin təklifləri nisbətən digərlərdən ucuz olduğuna görə İpoteka və Kredit Zəmanət Fondu qeyd edilən qaydada o kompleksdən mənzilləri satın alır. Əhali artıq birinci il deyil ki, orada aktiv şəkildə ev alır”-deyən ekspert bildirib ki, digər ərazilərdə qiymət bahalaşması yüksək səviyyədədir, onların kirayəsi də baha başa gəlir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir