Nilufer Memmedova 2

Meymunçiçəyi virusu nədir və necə yayılır? – “İMMUNİTET”

Baxış sayı: 509

Meymunçiçəyi virusu, son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən diqqətlə izlənilən bir xəstəlik halına gəlib. Virus, əsasən Afrika bölgəsində yayılıb. Çiçək xəstəliyinin daha yüngül forması olan meymun çiçəyi, insanlar arasında yayıla bilən, lakin nadir hallarda ciddi nəticələri olan bir infeksiyadır. Yəni ehtiyatlı olmalıyıq, amma qorxmağa heç bir əsas yoxdur.

Virus, Orthopoxvirus cinsinə aiddir. Bu virus ilk dəfə 1958-ci ildə meymunlarda aşkar edilib. İnsanlar arasında isə ilk dəfə 1970-ci illərdə Afrika bölgəsində müşahidə edilib. Virusun əsas infeksiya mənbəyi meymunlar, siçanlar və digər kiçik məməlilər olduğu üçün və virus ilk dəfə meymunlarda aşkar edildiyi üçün xəstəliyə Meymun çiçəyi adı verilmişdir.

Virusun göstərdiyi simptomlar, adətən baş ağrısı, əzələ ağrıları, yüksək hərarət,limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və yorğunluqdur. Ən diqqət çəkən simptom isə dəridə meydana gələn səpgilərdir. Bu səpgilər əvvəlcə qırmızı ləkələr, sonra isə içi maye dolu elementlərə çevrilir. Son mərhələdə isə bu elementlər quruyur, qabıqlaşır və tökülür.

meymun ciceyi

Meymun çiçəyi virusunun yayılma yolları ümumilikdə aşağıdakı kimidir:

1) Xəstə insanlarla dəri təması (toxunma, öpüşmə, cinsi əlaqə)

2) Xəstə heyvanların tüpürcəyi, cırmaqlaması, dişləməsi və ya o heyvanın ətinin yeyilməsi

3) Yataq örtükləri, dəsmal kimi xəstə insanın istifadə etdiyi çirklənmiş əşyalarla təmas

4) Uzun müddətli yaxın təmas zamanı tənəffüs damcılarının yayılması (asqırmaq, öskürmək)

5) Hamiləlik və doğuş zamanı, eləcə də doğuşdan sonra anayla uşağın yaxın təması

Virusun müalicəsi əsasən simptomatik olaraq aparılır, yəni ağrı və qaşınmanı azaltmaq, yüksək hərarətə nəzarət etmək və ikincili infeksiyaya qarşı yönəlməlidir. Ciddi yanaşı xəstəlikləri olanlarda, xüsusən də immun sistemi zəif olan şəxslərdə, xəstəxana müalicəsi lazım ola bilər.

meymunciceyi

Virusdan necə qoruna bilərik?

Əlləri müntəzəm yumaq, virusa yoluxmuş şəxslərlə yaxın təmasdan qaçınmaq, geyimləri və digər əşyaları müntəzəm dezinfeksiya etməklə qabaqlayıcı tədbirlər görə bilərik. Yalnız unutmamalıyıq ki, virus ciddi sağlamlıq problemlərinə yol açmasa da, onun müntəzəm izlənməsi və müvafiq tədbirlərin görülməsi vacibdir. Şəxsi gigiyena və təhlükəsizlik tədbirləri virusun yayılmasının qarşısını almaqda əsas rol oynayır. Sağlam həyat tərzi infeksiyanın ağır fəsadlarının qorunmağa  kömək edəcəkdir.

 

Nilufər Məmmədova

Həkim Mütəxəssis-İnfeksionist




11 şərh “Meymunçiçəyi virusu nədir və necə yayılır? – “İMMUNİTET”

  1. Vuqar

    Meymunçiçəyi virusunun tərkibindəki müasir xüsusiyyətlər mənim üçün çox maraqlıdır! Bu virusun necə yayıldığını və insanlara necə təsir etdiyini öyrənmək, xüsusilə də bu günlərdə diqqət mərkəzində olan bir mövzudur. Yer ayırdığınız üçün təşəkkürlər.

    Cavabla
  2. Şahanə İlqar

    Virusun yayılma yollarını geniş şəkildə təsvir etməyiniz çox faydalıdır. Dəri təması, xəstə heyvanlarla əlaqə və çirklənmiş əşyalarla təmas kimi müxtəlif yolların izahı, insanlara potensial risklərin nə qədər geniş olduğunu göstərir. Bu, qorunma tədbirlərini daha yaxşı başa düşməyə kömək edir

    Cavabla
  3. Qumru Pənahlı

    Meymunciceyi karonadan daha tehlukesiz olsa da goryntusu cox pisdi. Allah qorusun

    Cavabla
  4. Xalid Musazadə

    Şəxsi gigiyena və təhlükəsizlik tədbirlərinin virusun yayılmasını necə önləyə biləcəyinə dair verdiyiniz tövsiyələr çox yerindədir. Virusun ciddi sağlamlıq problemlərinə yol açmamasına baxmayaraq, müntəzəm izlənməsi və tədbir görülməsi vacibdir.

    Cavabla
  5. Aydan

    Bu ne gozel rubrikadi ne gozel naariflendirici islerdir gorursunuz/ Minnetdaram Nilufer xanima

    Cavabla
  6. Tural İsmayılov

    Meymun çiçəyi virusunun mənəvi tərəfdən narahat edici olduğunu düşünürəm. Ancaq məlumatların aydın şəkildə təqdim edilməsi və ətraflı izahat verilməsi, qorxunu azaltmağa kömək edə bilər. Təhlükəsizliyinizi təmin etmək üçün əllərinizi müntəzəm yumağı və şəxsi gigiyenaya riayət etməyi unutmayın

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir