MEZUN

Müxtəlif ölkələrin məzun günü ənənələri

Baxış sayı: 380

Bir çox ölkələrdə məzun günü standart qaydalar əsasında keçirilsə də, bu tədbir qeyri-adi ənənələri ilə də tanınmaqdadır.

 

Yaponiya

Yaponiyada  məzunlar üçün xüsusi  yürüş tədbiri təşkil olunur. Bu tədbirdə məzunlar  diplomlarını almaq üçün sıraya düzülərək, məzunlara həsr olunan xüsusi  mahnı oxuyurlar. Məsələn,  Yaponiyada yerləşən  “Kanazava” kollecində təşkil olunan  məzun günü “ifritələr bayramı”na bənzədilir. Burada tələbələr Yaponiyanın milli geyimi – kimonolardan tutmuş karton qutulara qədər müxtəlif geyimlər  geyinirlər.

 

İsveç

İsveçdə universitet məzunları ənənəvi məzun papağının  yerinə,“studentmössa” adlandırılan qara və yuvarlaq papaqlar taxırlar. Bu  papağın rəngi isə öz növbəsində  tələbənin hansı ixtisas üzrə təhsil aldığına görə dəyişməkdədir.

Çox maraqlıdır ki,  tədbir başa çatdıqdan sonra tələbələr və onların ailələri şəhərdə  təşkil olunan müxtəlif  paradlara qatılaraq  əylənir, mahnılar oxuyurlar.

 

Argentina

Argentinada məzun gününə həsr olunan xüsusi tədbir hazırlanır.  Tədbirdən sonra tələbələrin ailələri tərəfindən hazırlanan müxtəlif yeməklər hər kəsə təklif olunur.  Ən maraqlısı isə odur ki, həmin gün  məzunların yaxınları  ketçap kimi yapışqan sousları onların üzərinə atırlar. Qeyd edək ki, bu qeyri-adi ənənə nəinki Argentinada, həmçinin  İtaliyada da mövcuddur.

 

ABŞ

Amerikada da  tələbələrə diplom cəmiyyətin sayılıb-seçilən fərdləri tərəfindən təqdim olunur.

Məsələn, hərbi akademiyalardan məzun olanların tədbirləri futbol stadionlarında təşkil olunur.

 

Rusiya

Rusiyada   həmin gün  bəyaz önlüklü qara paltarlar geyinirlər. ABŞ-da olduğu kimi, burada da diplom aldıqdan sonra tələbələr dostları ilə  bütün gecə əylənirlər.

 

İngiltərə

İngilislər də önlüklü xüsusi paltar geyinsələr də, lakin  papaq taxmırlar.

İngiltərənin ən öndəgedən universitetləri kimi tanınan Oksford və Kembric universitetlərinin məzunları isə örtüklü paltarla yanaşı, papaq da taxırlar. Geyimin rəngi  isə tələbəyə verilən dərəcəyə görə müəyyənləşdirilir.

 

Filippin

Filippində  məzun olan şəxslər mütləq səhnəyə çıxaraq öz ürək sözlərini söyləməlidirlər. Diplomunu aldıqdan sonra hər məzunun boynuna çələng taxılır.

 

İspaniya 

İspaniyada məzun gününə həsr olunan tədbirlər rəngarəngliyi ilə seçilir. Ən əsası,  ispanların məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları onların məzun  libaslarını Roma Papasının geyiminə bənzədir. Həmin gün  məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.

 

Tailand

Tailandda məzun gününə çox ciddi yanaşırlar. Burada həmin günü   diplomlar tələbələrə kral ailəsinin üzvləri tərəfindən təqdim olunur. Xüsusi zalda təşkil olunan tədbirə məzunlardan başqa heç kimin  daxil olmasına icazə verilmir. Həmin günü qızlara müxtəlif  saç düzümləri etmək qadağandır. Qızlar formaya bənzər geyim, yastıdaban  qara ayaqqabı və corab geyinməlidirlər.

Oğlanlara həmin gün saqqal saxlamaq  və qeyri-ciddi saç düzümləri etmək qadağandır.

 

Çin

Çində isə məzun gününə həsr olunan tədbiri qəribə olsa da toya bənzətmək olar.  Həmin əlamətdar gündə qızlar özlərinə geyinmək üçün  gəlinlik sifariş verirlər. Bu ölkədə  məzun gününə həsr olunan təbdir çox şən və maraqlı keçir.  Tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir