Nermine Abbasova

Nərminə Abbasova: “Artan baş ağrısı, qulaq ağrısı xəbəredici əlamətlərdən sayılır”

Baxış sayı: 300

Çoxlarının adi bir soyuqdəymə kimi qəbul etdiyi qrip xəstəliyi ölümlə də nəticələnir. Qrip xəstəliyinin nə qədər fəsadlı olması barədə ətraflı məlumatı oxucularımıza Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova verəcək.

Nərminə xanım bildirdi ki, Qrip bir infeksion xəstəlikdir, damlacıq yoluyla yoluxur:

“Öskürüb, asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun, ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə gripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus, toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir”.

 

Həkim-terapevt qeyd edib ki, qripin cəmiyyətdə yayılmaması üçün virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində, məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Evdəkiləri qorumaq üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız ve burun tam qapanmalı, otaqlar isə havalandırılmalıdır. Bəs qrip olduğunu necə bilmək olar?
Nərminə xanımın sözlərinə görə, qrip, ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə büruzə verir:

“Temperatur, oynaq və əzələ ağrılarının olmaması zökəm kimi daha yüngül sayılan digər tənəffüs yolu xəstəlikəri ola bilər. Öskürək şiddətli, iki həftə və daha uzun müddət davam edə bilər. Temperaturun uzun müddət davam etməsi, tünd rəngli bəlğəm, sinə ağrısı və nəfəsalmanın çətinləşməsi grip virusunun ağciyərlərə bakteriyaların yoluxduğundan xəbər verir. Bu vəziyyətdə mutləq həkimə müraciət edilməlidir. Əsasən risk grupunda olan, immun sistemi zəif olan insanlarda daha təhlükəlidir.

Bundan başqa sinuslara və orta qulağa bakteriyaların yoluxması sinüzit və otit tablolarına yol açmaqla xəstəliyin arzu edilməyən ağırlaşmalarındandır. Önə əyilməklə artan baş ağrısı, qulaq ağrısı xəbərdaredici əlamətlərdən sayılır”.

Həkim-terapevt bildirdi ki, qrip hər yaşda olan insanlara yoluxa bilir. Ancaq, xüsusilə hamilələr, 50 yaşın üstündəkilər, 5 yaşın altındakılar, ağciyər, ürək xəstəliyi olanlar, böyrək, qaraciyər çatışmamazlığı olanlar, xərçəng, diabet kimi xəstəliklər və ya orqan transplantasiyası olunan və ağır bədən çəkisinə sahib insanlar kimi immun sistemi zəif olanlar qripin təsirinə daha çox məruz qalırlar. Nərminə xanım bu qrup xəstələrdə qripin daha ağır keçərək xəstəxanalara yatışlara və ölümə də səbəb ola bildiyini vurğuladı:

“Qripin müalicəsi istirahət və simptomatik müalicədir. Temperatursalıcı dərmanlar, bol maye qəbulu tövsiyyə olunur. Ancak risk grupundakı insanlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır keçdiyi, ağırlaşmaların görüldüyü insanlarda grip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Bu cür vəziyyətlərdə yataq istirahəti və simptomatik müalicə ilə kifayətlənməyib, mütləq həkimə müraciət edilməlidir”.

 

Qripdən necə qorunmağa gəlincə, Nərminə xanım qeyd etdi ki, qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Onun sözlərinə görə, bu şəxslər qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır:

“Qrip hər il oktyabr ayından başlayaraq dekabr ayında artıb, aprel-may ayları da daxil olan vaxtda çox görülür. Bu səbəblə qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər. Bir çoxları sual edir ki, niyə hər il qripə qarşı peyvənd vurulmalıdır. Bunun bir izahı var ki, qrip xəstəliyinin keçirilməsi və ya peyvəndin vurulmasından sonra yaranan immunitet virusun strukturunda yaranan dəyişikliklərə bağlı olaraq ömürlük deyil. Peyvənd olunan və ya xəstəliyi keçirən insanlar bir sonrakı qrip mövsümündə xəstəliyə təkrar yoluxa bilirlər. Bundan başqa, virusun strukturu dəyişildiyi, bu dəyişiklikəri də nəzərə alaraq peyvəndin qoruyuculuğunu sabit saxlamaq üçün peyvəndin tərkibi hər il yenilənir. Bu səbəblə hər mövsüm təkrarlanan qripdən qorunmaq üçün hər il peyvənd vurulmalıdır”.

 

Qrip peyvəndinin əlavə təsirlərindən də danışan həkim-terapevt bildirdi ki, yumurtaya qarşı alergiyası olanlara və ya peyvəndə qarşı daha əvvəl ciddi alergiya keçirən xəstələrə qrip peyvəndi vurulmamalıdır. Onun sözlərinə görə, qrip peyvəndinin ciddi əlavə təsirinin olma ehtimalı digər peyvəndlərdə olduğu kimidir:

“Peyvəndin böyüklərdə ən çox görülən əlavə təsiri, inyeksiya yerində ağrı və həssalıqdır. Bu şikayətlər 10-64 % olsa da, bir-iki gün içində peyvəndə bağlı temperatur, baş ağrısı, əzələ ağrısı, halsızlıq kimi sistemik əlamətlərin görülməsi, digər peyvənd və ya dərman tərkibli olmayan inyeksiyalardan çox deyildir. Onu da deyim ki, peyvənd iflic yaratmaz, sonsuzluğa səbəb olmaz və hamilələrdə də rahatlıqla istifadə edilə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir