Nermine Abbasova

Nərminə Abbasova: “İlk növbədə şəxsi gigiyena qaydalarına əməl edilməlidir”

Baxış sayı: 464

“Bağırsaq qurdu dedikdə insanların bağırsaqlarında illərlə yaşayan parazitlər nəzərdə tutulur. Onlar orqanizmə kirli sular, təmiz yuyulmamış meyvə-tərəvəz, yaxşı bişməmiş ətdən, xəstə heyvandan, yumurtaları tökülmüş yataq dəstindən yoluxa bilir. Onların orqanizmdə olmasını parazitin növlərinin müxtəlifliyinə görə müxtəlif olur”.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt, ailə həkimi Nərminə Abbasova ilə söhbətimiz zamanı oxucularımızı bağırsaq qurdları ilə bağlı maraqlandıran bir çox nüansa diqqət çəkildi.

Həkim-terapevt bildirdi ki, bağırsaq parazitləri ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Onun sözlərinə görə, bağırsaq parazitlərinin törətdiyi infeksiyaların əksəriyyəti heç bir əlamət göstərmir və diaqnoz adətən nəcisin müayinəsi ilə qoyulur:

“Bağırsaq parazitlərinin simptomları bir çox amillərə görə dəyişir. Simptomlar parazitin növünə, yerləşdiyi orqana və parazitin miqdarına görə fərqlilik göstərə bilir. Yumru qurdlar adətən əlamətsiz olur. Lakin xüsusi ilə uşaqlarda olmaqla çox miqdarda orqanizmə daxil olduqda qan azlığına, qidalanmanın pozulmasına, fiziki və zehni inkişafın azalmasına səbəb ola bilər”.

Həkim bildirdi ki, qurdların ümumi əlamətlərinə gecə anus nahiyəsində qaşınma, anemiya, çəki itkisi və yorğunluq, qidalanmanın pozulması, qusma və ishal, mədə ağrısı, yatarkən ağızdan su axması, səhər oyanarkən yastığın ağız suyu ilə islanmış olması aiddir:

“Bunlar ümumi simpitomlardır. Lakin qurdun növündən asılı olaraq bu əlamətlərdə dəyişiklik ola bilər. Misal olaraq ən çox rast gəlinən qurdlardan biri olan ascariddə öskürək, nəfəs darlığı, qanlı bəlğəm, yüksək hərarət kimi əlamətlərə də rast gəlinir.

Qurdların yoxlanılması adətən nəcisin kliniki analizi və ya nəcisdə qurd yumurtalarının təyini ilə aparılır. Burada ümumi olaraq qurd yumurtaları yoxlanılır. Hər bir qurdun əkscisimləri ayrıayrılıqda yoxlanılır. Ascarid və Lyamblia qurdlarının yoxlanılmasında fərqli metodlardan da istifadə etmək mümkündür. Lyamblia antigenlərinin nəcisdə təyini və Ascaridin PZR üsulu ilə nəcisdə və bəlğəmdə aşkarlanması mümkündür.

 

Nərminə xanım bildirdi ki, Ascarid adlandırılan qurd insan bağırsağında 1 ilə qədər yaşayır. Bunların törətdiyi xəstəlik zamanı ümumi zəiflik, qarın nahiyəsində ağrı, yatanda ağızdan su axması və dişlərin bir-birinə sürtmə halları baş verir. Həkimin sözlərinə görə, askarid yumurtaları natəmiz əllərlə, təmiz yuyulmamış meyvə-tərəvəzlərlə və su ilə keçə bilər.

Giardia lamblia paraziti isə insan orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər:

 

 

“Lyamblioz zamanı nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyat, qarında köp və ağrı olur. Üz dərisində səpkilər yarana bilər. Lyamblioz-lyamblya tərəfindən yuyulmamış meyvə-tərəvəz, təmizlənməmiş sudan keçir. Trixinella qurdla yoluxma isə yaxşı bişirilməmiş və ya qızardılmamış ət məhsullarından istifadə nəticəsində baş verir. Trixinella insanın əzələlərindəxüsusən diafraqma, qırtlaq, dil, göz, qabırğaarası əzələlərdə yaşayır. Pasientlər əzələ ağrıları, qızdırma, mədə-bağırsaq pozğunluqları, üzdəxüsusən göz qapağında şişkin olması əlamətləri ilə şikayətlənirlər. Orqanızmi zəhərləyərək nəticədə miokardit, ağ ciyərlərin, böyrəklərin iltihabı və sair kimi ağır patoloji hallara səbəb ola bilər.

Həkim-terapevt echinococcus granulosus adlandırılan helmintin  insanın qaraciyəri və digər orqan toxumalarını zədələdiyini onun diametrinin bir neçə mm-dən 15-20 sm-dək çata bildiyini vurğuladı:

 

“Əksər hallarda qaraciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür. İnsanın yoluxması əsasən bu parazitin yumurtaları olan itlərlə təmas nəticəsində baş verə bilər. Qaraciyəri zədələdiyi halda sağ qabırğa altında ağrılar, bəzən qızdırma, sarılıq, hətta assit, yəni qarın boşluğunda mayenin yığılması əmələ gəlir. Ağ ciyərlərin zədələnməsi nəticəsində quru öskürək, tənginəfəslik, qanlı bəlğəm ifrazı baş verir”.

Parazitlər haqqında qısa məlumat verən Nərminə xanım bildirdi ki, onlardan xəbər tutmadıqda daxili orqanları, eyni zamanda qaraciyər və öd yollarını zədələyir. Parazitlərin indanın daxilində məskən salmasına yol açan amillərin başında isə təbii ki, tam bişməmiş qidalar, natəmizlik durur. Belə ki, qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir