xerite

Ölkələrə məxsus etik qaydalar

Baxış sayı: 1. 273

Bu il planınız bol-bol səyahət etməkdisə getdiyiniz ölkələrin ənənələrini öyrənməyinizdə fayda var. Bu xəbərimizdə ölkərə məxsus etik qaydaları sizə təqdim edirik.

Hər mədəniyyət öz etik davranışlarını əmələ gətirir, cəmiyyətdə hakim olan dəyərlər xalqın adətlərində özünü göstərir. Bizim üçün olduqca önəmsiz olan davranışlar başqaları üçün müqəddəs ola bilər.

Təəccüb yaradan ölkələrə görə etik qaydalar siyahısı belədir:

 

Hindistanda inəklərə qarşı hörmətli olun!

Hinduizm inancının geniş yayıldığı Hindistanda yalnız inəklərin yox, bütün heyvanların hörmətə layiq olduğu düşünülür. Bu səbəblə əhalinin çoxu vegeteryandır. Müqəddəs olan inəyin idrarının şəfalı olduğu düşünülərək içilir, südü, yağı, qatığı ilahi bir hədiyyə kimi yeyilir. Ancaq yaşama haqqı da əlindən alınmır! Reinkarnasiya inancıyla birbaşa əlaqəli olan heyvan sevgisi sayəsində Hindistan küçələrində heyvanlar sərbəst yaşayır. Bu səbəbdən Hindistana səyahətiniz zamanı bir restoranda oturub inək əti sifariş versəniz, başınıza gələcəklərə hazır olun!

Image result for hindistanda inəyə hörmət

Rusiyada bir buket, cüt yox! Həmişə tək say var

Rusiyanın Bəyaz Gecələrində bəyəndiyiniz insane bir gül vermək istəsəniz, ehtiyatlı olun! Güllərin sayına diqqət edin. Rusiyada tək saylarda güllər xoşbəxtliyi simvolizə edib çox zərif bir hədiyyə olsa da, cüt sayıda güllər baş sağlığıyla birlikdə cənazələrdə verilir. Siz siz olun, gülləri vermədən öncə mütləq təkrar-təkrar sayın.

Image result for rusiyada gül

Çindəki adətlərə görə boşqabınızda mütləq bir az yemək saxlayın, arxanızca ağlamırlar

Çində bir ailəyə qonaq getdiyiniz zaman bir kasa dolu aşı necə yeyəcəyinizi düşünməyin. Bizim adətlərimizdən fərqli olaraq, o düyü arxanızca ağlamır. Çünki Çində yeməyi çox bəyənən adamın boşqabında bir azca da olsa yemək saxlaması adətdir. Əgər hamısını bitirsəniz və boşqabı tərtəmiz sıyırsanız bu Çinlilərə görə boş olan qabınızın dolmasını arzuladığınız və ya yeməkdən xoşunuzun gəlmədiyini və başqa yemək istədiniz mənası verir. Bu səbəbdən boşqabınzıda bir az yemək saxlayın.

Image result for çində yemək

Yaponlar toyda qızıl hədiyyə edirlər

Bir gün Yaponiyada toya çağırılsanız gəlinə və bəyə eyni çəkidə qızıl verməməlisiniz, çünki eyni çəkidə qızıl vermək “inşallah ayrılarsınız” mənasına gəlir.

Image result for yaponiyada toy

Tailandlıların başlarına edilən əl zarafatlarından heç xoşları gəlmir

Buddizmi qəbul edən hər millətdə bu ciddiyyət bir az olur. Onların inancına görə müqəddəs hesab edilən baş nayihəsinə əl-qol ilə zarafatlar etmək qəbul edilmir. Bu səbəbdən Tailand, Malayziya kimi buddizmin yayıldığı bölgələrdə belə zarafatlar etməməyiniz məsləhətdir.

Related image

Şimali Avropada lazımsız danışmayın!

Şimali Avropada “gərəksiz danışmaq kobudluqdur” deyilir. Sırf bu səbəbdən bəzi insanları Şimali Avropaya göndərib yeni, xeyirli vərdiş qazanmalarına səbəb olmaq olar. İnsanlar özlərindən soruşulandan artığına cavab vermir. Necə də möhtəşəm əxlaq qaydasıdır! Gündəlik yaşamımızda da hamımızın diqqət etməli olduğu, ağzımızdan çıxan sözlərdən muğayat olmalı olduğumuz bir adətdir.

Image result for çox danışmaq

Avstraliyada taksiyə tək minsəniz öndə outrun

Avstraliyada tək taksiyə mindikdə arxada oturub sürücünün xətrinə dəyməyin. Yanında oturub ona yol yoldaşlığı etməlisiniz. Qadın və ya kişi fərq etməz, bunu etdikdə sürücüyə hörmətsizlik etmiş olarsınız.

Image result for Avstraliyada taksi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir