xatire mirzeliyeva

Ölkəmizi İsveçdə təmsil edən nümunəvi müəllim

Baxış sayı: 367

Azərbaycanda aldığım təhsilə əsasən, İsveçdə təhsilimi davam etdirərək peşəkar müəllim səviyyəsinə çatıb, təbiət elmləri- Kimya, Fizika və Biologiya fənnlərinin tədrisiylə məşğulam. Uzun illər mücadilədən sonra, Avropada müəllim dilomunu əldə edib və uzun illərdir ki, müəllim kimi çalışıram.

İsveçdə həyata keçirdiyim tədris hər şagirdin qavrama dərəcəsi və tərzinə görə uyğunlaşdırılır. Bu zəncirdə qarşılıqlı şəkildə çalışmaqla, müəllim, şagird, valideyn, digər müəllimlər, məktəb psixoloqu və məktəb tibb bacısı hər bir şagirdin sosial və elmi inkişafında böyük rol oynayırlar.Bu qarşılıqlı sistemin əsas elementi kimi, həftə ərzində 1 və ya 2 dəfə olmaqla müəllimlərin iclası keçirilir. Bu iclaslarda şagirdlərin hərtərəfli inkişafını müzakirə edir, eyni zamanda hər bir şagirdin fərdi problemlərini nəzərdən keçirərək, bunun üçün həll yolları axtarıb tapmağa çalışırıq.

Qeyd etmək istərdim ki, həyata keçirdiyimiz tədris prosesinin yazılmış qanunları ilə barəbər, yazılmamış müəyyən qanunları da var. Bu tip qanunlar biz, müəllimlər tərəfindən tədris prosesinin, ümumilikdə məktəbin öz mövqeyini möhkəmlətməsi üçün tətbiq olunur. Dərsdən öncə şagirdlərin mobil telefonlarının toplanıb, dərsin bitdiyi zaman yenidən onlara geri qaytarılması, yazılmamış, lakin icra olunan qanunlar üçün sadəcə bir misaldır.

Xatire

Fikrimcə, müəllim və şagird arasında olan münasibət elə tarazlıqla qurulmalıdır ki, şagird müəlliməni diktator, mütləq söz sahibi kimi yox, ona dəyər verən, yaxşılığını düşünən bir dost kimi qəbul etsin. Əlbət ki, bu cür tarazlığın qurulması müəllimənin psixoloq kimi peşəkar bacarığından asılıdır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, dərsdən öncə şagirdlərin telefonları yığarkən, bunu nə üçün edildiyini, onlara olan faydası və əks halda onlara dəyə biləcək ziyanlarını şagirdlərə ətraflı izah edirəm. Bununla da, şagirdə “mütləq telefonu təhvil verməlisən tipli” əmr vermir, bunun səbəbini izah edib, özümün belə buna dərs zamanı əməl etdiyini onların diqqətinə çatdırmış oluram. Özümün də, bunu etməklə dərs zamanı diqqətimin pozula biləcəyini, bu qaydaya əməl edərək dərsin keyfiyyətini artırdığımı bildirmiş oluram.

Şagirdlərə olan yanaşmamda digər məsələ isə, daim onlara qarşı səmimi, gülərüz olmağımdır. Dərs zamanı hər bir şagirdə ayrı bir fərd kimi yanaşaraq, tədrisi həyata keçirirəm. Beləcə, hər bir şagirdim mənim ona olan diqqət və qayğımı hiss etmiş olur.

Şagirdlərin qiymətləndirilməsi məsələsinə toxunarkən, bildirmək istəyirəm ki, qiymətləndirmə summativ və formativ formada keçirilir. Summativ qiymətləndirmə imtahan, yoxlama və s. üsullarla həyata keçirilir. Formativ qiymətləndirmə isə, dərs zamanı müəllimin şagirdi qiymətləndirməsidir.

Qiymətləndirməni müəllimənin apardığı kimi, dərslərin çətinlik dərəcəsinən asılı olamayaraq, şagirdə anlaşılan qaydada öyrədilməsi işi də müəllimənin öhdəliyinə düşür. Əlbətdə burada müəllimənin peşəkarlığı önəmlidir və fikrimcə işinin peşəkarı olan müəllimə sadə nümunələr, müqayisələrlə bunu edə bilən birisidir.

Xatire Mirzeliyeva 3

Mənim üçün dərs prosesi, şagirdlərimlə etdiyim səyahətdir. Bu səyahəti mən, şagirdlərim və danışdığım mövzu tamamlayır. Dərs zamanı, şagirdlərimə tədris etdiyim mövzunu maksimum anlaşılan olması üçün, fərdi yanaşma göstərirəm, müxtəlif müqayisələr, təsvirlərdən istifadə edərək, ən sadə dillə şagirdlərimə izah verirəm. Ən əsası isə, şagirdlərlə qarşılıqlı komunikasiyanı uğurlu quraraq, onların yaxın dostu olduğumu hiss etdirirəm.

Mənim fikrimcə, müəllim tədris etdiyini fənni sevdirə bilmək üçün, fənnin bütün dərinliklərinə bələd olmalıdır. Bunun üçün isə, ilk olaraq müəllim öz peşəsini sevməlidir. Hər bir insan həyata gözünü açdıqda bir sənət üçün doğulur, daxilində bir potensial yatır və düşüncəsi zamanla bu istiqamətdə formalaşır. Mən isə çox şadam ki, bu baxımdan həyatda öz yerimi tapmışam, müəllim adını qürurla daşıyıram.

 

Kimya/fizika/biologiya fənnləri üzrə mütəxəssis müəllim Xatirə Mirzəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir