Nermine  Abbasova

Orqanizmimizdə dəmirin əsas “oğruları”

Baxış sayı: 397

Dəmir bədəndə oksigenin daşınmasından məsul olan hemoqlobinin sintezi üçün zəruri elementdir. Kifayət qədər hemoqlobin səviyyəsi olmadıqda zəiflik, nəfəs darlığı, başgicəllənmə və digər xoşagəlməz simptomlara səbəb olan anemiya meydana gəlir.

 

Dəmir çatışmazlığının səbəbləri

Qida rasionunda dəmir tərkibli qidaların olmaması: Dəmir çatışmazlığının əsas səbəblərindən biri dəmir tərkibli qidaların kifayət qədər istehlak edilməməsidir. Qidadan kifayət qədər dəmir qəbul edilmədikdə, orqanizm  dəmir çatışmazlığı ilə üzləşir.

Qidadan dəmirin zəif mənimsənilməsi: Bəzən dəmir çatışmazlığının səbəbi yediyiniz qidadan dəmirin zəif mənimsənilməsi ola bilər. Qəhvə, qara çay, fosfatlar, fitik turşusu kimi bəzi amillər dəmirin orqanizmdə normal mənimsənilməsinə mane ola bilər. Mütəxəssislər bu məhsulları “dəmir oğrusu” adlandırırlar.

DEMIR CATISMAZLIGI

Dəmirə artan ehtiyac: Dəmir çatışmazlığı hamiləlik zamanı və ya fiziki məşqdən sonra bədənin ona olan ehtiyacının artması ilə də bağlı ola bilər.

Mədə-bağırsaq xəstəlikləri: Mədə-bağırsaq traktının bəzi xəstəlikləri və problemləri, məsələn, mədə xorası, xroniki iltihabi xəstəliklər, qidadan dəmirin zəif sorulmasına səbəb ola bilər.

Orqanizmimizdə dəmirin əsas “oğruları” - "İki sahil"

Müalicə və qarşısının alınması

Müalicədə mühüm rolu dəmir tərkibli pəhriz əlavələri, xüsusən də mədə-bağırsaq traktına yan təsirləri olmadan yüksək həzm olunmasını təmin edən vasitələr təşkil edir. Bundan əlavə, C, B9 və B12 vitaminlərinin olması dəmirin hüceyrələrə sorulması üçün vacibdir. Dəmir qəbulunun miqdarı ilə bağlı həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

 

 Nərminə Abbasova 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir