Riçard Pringle

Övladını erkən itirən atanın gənc valideynlərə 10 tövsiyəsi – Pulu yox, vaxtınızı xərcləyin…

Baxış sayı: 1. 312

Allah heç bir valideynə övlad itkisi yaşatmasın. Çünki onun yerini heç nə doldurmur. Riçard Pringle bu ağrını yaşayan valideynlərdən biridir. Üç yaşlı oğlu Hughieyi beyin qan sızması nəticəsində itirib. Bu itki ona həyatı yaşamağın incəliklərini öyrədib. Hazırda arvadı və iki qızı ilə yaşamağa davam edən Riçard bunu digər insanlarla da bölüşüb.

Beləliklə, bir atanın oğlunu itirdikdən sonra öyrəndikləri həqiqətləri təqdim edirik.

 Bir atadan 10 tövsiyə

1 – Bir daha heç vaxt, amma heç vaxt onu öpməyəcək və oxşamayacaqmış kimi çox öpün və sevin.

2 – Hər zaman bir şeylər üçün vaxtınız var. Hər nə edirsinizsə, onu buraxın və uşağınızla oynayın. Bir dəqiqə də olsa…Heç bir şey, onun qədər əhəmiyyətli deyil.

3 – Mümkün qədər çox foto və video çəkin. Bir gün əlinizdə qalan yeganə şey onlar ola bilər.

4 – Pul deyil, vaxtınızı xərcləyin.  Xərclədiyiniz pul önəmli deyil, nə etdiyiniz əhəmiyyətlidir.  Gölməçələrin üstündən tullanın, yürüşə çıxın, dənizdə üzün, düşərgəyə gedin və şənlənin. Onların tək istədiyi budur. Hughie üçün nələr aldığımı heç xatırlamıram, yalnız gördüklərimizi xatırlayıram.

5 – Mahnı oxuyun, birlikdə mahnı oxuyun. Mənim ən xoşbəxt anım Hughienin maşının yan oturacağında oturaraq birlikdə mahnı oxuduğumuz anlardır. Musiqi xatirələr yaradır.

6 – Adi şeylərin qiymətini bilin. Axşam saatları yataq otağında hekayələr oxumaq, birlikdə axşam yeməkləri yemək, tənbəl-tənbəl keçən bazar günləri. Sadə şeylərin qiymətini bilin. Bunlar mənim ən çox həsrətini çəkdiyim şeylərdir. Bu cür xüsusi zamanların fərqinə varmadan keçib getməsinə icazə verməyin.

7 – Yanından ayrılarkən onu mütləq öpün. Əgər unutsanız geri qayıdın və onu öpün. Onu öpmək üçün şansınızın bir daha  olub-olmayacağını əsla bilməzsiniz.

8 – Sıxıcı şeyləri əyləncəli hala gətirin. Mübadilə etmək, maşın sürmək,  mağazalarda gəzmək…Zarafatlar edin, qəhqəhə çəkin, gülümsəyin və özünüzdən razı olun. Onların belə şeylərdən xoşu gəlir. Həyat əylənmək üçün çox qısadır.

9 – Bir gündəlik tutun. Etdiyi hər şeyi yazın. Dediyi gülməli şeyləri, gördüyü şirin hərəkətləri…Biz Hughieyi itirdikdən sonra gündəlik tutmağa başladıq. Hər şeyi xatırlamaq istəyirik.

10 – Əgər uşağınızla birlikdəysəniz, onu hər gecə öpün. Birlikdə nahar hazırlayın. Məktəbə onunla birlikdə gedin. Universitetdə yanında olun. Evlənərkən yanında olun. Çox şanslısınız. Bunu heç vaxt unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir