kokelmek

Qadınları arıqlamağa qoymayan 10 səbəb

Baxış sayı: 1. 407

Həftələrlə idman edib pəhriz saxlamağınıza baxmayaraq, heç cürə arıqlaya bilmirsinizsə, deməli, haradasa ciddi səhvə yol verirsiniz. Bu yazıda arıqlamağa mane olan səbəbləri təqdim edirik.

 

“Ya həmişə, ya heç” devizi. Pəhriz saxladığınız günlərdə nəfsinizə hakim ola bilməyib mədənizi çipsi ilə “sevindirirsiniz”. Təslim olan bu cür davranışlar sizi heç bir yerə aparmaz. Müvəffəqiyyətin açarı qüsursuzluq deyil, inadla davam etdirə bilməkdir.

 

Oxunmamış və aydın olmayan etiketlər. “95, daha az yağlı” yazılması o məhsulun sağlam olduğu demək deyil. Bu, 95% şəkər də ola bilər. Bu səbəblə məhsulların tərkibinin nədən ibarət olduğunu daha dəqiq oxumağa və bu tələyə düşməməyə çalışın.

 

Kifayət qədər su içməmək. Bədənin acmaqla susamaq arasındakı fərqi anlaması çətindir. Acıyan zaman su için. Su toxluq hissi verdiyi üçün artıq çəki almağa qoymayacaq.

 

Həqiqi olmayan hədəflər təyin etmək. “Gələn aya qədər 10 kq arıqlayacam” kimi çətin hədəflər təyin etmək yerinə, daha kiçik, daha mümkün olan hədəflər təyin edin. Beləliklə, istədiyiniz nəticəni almaq daha asan olacaq. Bu da motivasiyanızı artırar.

 

Həftədə 1 kilodan çox arıqlamağı gözləmək. Həftədə bir kq-dan çox arıqlamaq bədəndəki mayelərin və qiymətli əzələ toxumalarının məhv olmasına səbəb olar.

 

Zərərli, ya da qadağan olunmuş yeməklər haqqında fikirləşmək. Əgər ağlınızdan qadağan olunmuş yemək keçirsəniz, onu həddindən artıq dərəcədə arzulamağa başlayacaqsınız.

 

Pəhrizə başlamazdan əvvəl yemək ziyafətləri. Bu ziyafətlər pəhrizə əməl etməyi çətinləşdirir. Çünki pəhrizdən əvvəl aldığınız artıq çəkilər lazım olan çəkiyə nail olmağın vaxtını uzadır.

 

Ac qalmaq, ya da böyük ölçüdə kalori məhdudlaşdırması. Bu yalnız beyninizə “aclıqdan ölürəm” siqnalı göndərəcək. Beyinə bu mesajın göndərilməsi maddələr mübadiləsini yavaşladıb sizin ac qalaraq çölə atmağa çalışdığınız bədəndəki yağı mühafizə edəcək.

 

Tənbəllik. Həftədə 3 dəfə, ən az 30 dəqiqə idman etmək artıq çəkidən tez bir zamanda xilas olmağa kömək edəcək.

 

Arıqlamağı zərurət kimi qəbul etmək. Bu cür düşünərək özünüzə lazımsız yerə əzab vermiş olarsınız. Onun yerinə arıqlamağı əyləncə, yaxud etmək istədiyiniz məşğuliyyət kimi düşünün. Model kimi görünmək məcburiyyətində olduğunuzu özünüzə təlqin etməklə, üzərinizə gərəksiz və həddindən artıq bir təzyiq yükləmiş olursunuz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir