market

Qida məhsullarının etiketləri haqda nə bilirik? – DİQQƏTLƏ OXUYUN

Baxış sayı: 739

Müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar, ortaya çıxan yeni qida komponentləri istehlak etdiyimiz qida məhsullarının tərkibi barədə bir sıra suallar meydana çıxarır. Elə bu səbəbdən qida məhsullarının etiketini diqqətlə oxuyaraq istehlak etmək tövsiyə olunur. Günümüzdə  rastlaşdığımız məqamlardan biri də istehlakçıların daha çox tövsiyə və ya reklam üzərindən eşidib bildiyi qida məhsuluna üstünlük verməsi, nəticədə müxtəlif problemlərlə qarşılaşmasıdır.

Azərbaycanın Qida Təhlükəsziliyi Agentliyindən bildirilir ki, qida məhsulu alarkən etiket məlumatlarını  oxumağı unutmamalıyıq.

Məhsul seçimi edərkən çox vaxt qablaşma üzərində olan xırda şriftlərlə yazılmış yazıları oxumağa zaman ayırmırıq ki, bu da son nəticədə bir sıra xoşagəlməz halların yaranmasına şərait yaradır. Əslində hər bir istehlakçı bu məlumatları oxumalı və seçimini həmin məlumatlara uyğun olaraq müəyyən etməlidir.

 

Bəzi istehsalçılar bizim zaman ayırmama və diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır, eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng  reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Nəticədə isə, tərkibində çiyələk olmayan “çiyələkli yoğurt”, və ya mal əti olmayan “mal əti sosis”ləri almış oluruq.

Qida etiketi qida məhsulunun “şəxsiyyət vəsiqəsi” kimidir. Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər mövcuddur. İstənilən qida məhsulunun etiketində aşağıdakılar əks olunmalıdır:

Adı;

Tərkibi;

Miqdarı (kütlə, həcm)

İstehsal tarixi;

Son istifadə tarixi;

Saxlama şərtləri;

İstehsalçının adı və ünvanı;

İstifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər;

Qida dəyəri göstəriciləri.

Etiket üzərində olan simvol və işarələr:

Hər hansı bir yeyinti məhsulunun qablaşdırılmasında, hazırlanmış materialın qida məhsullarına uyğun olduğunu göstərən bu işarə olmalıdır.

1.    Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.

2.    HDP və ya HDPE- Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər.

3.    PVC və ya V- Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.

4.    LDPE- Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür.

5.     PP- Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.

6.    PS- Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.

7.    PC və ya xüsusi işarələri olmayan plastiklər – Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur. Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir.

Nəzərə almaq lazımdır ki,  qida məhsullarını seçərkən etiket məlumatlarınin oxunması və işarələrə diqqət yetirilməsiz xüsusi əhəmiyyət kəsb edir. Bu istehlakçının məlumatlı olması ilə yanaşı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq  subyektlərinin öz işinə daha da  məsuliyyətlə yanaşmasına köməklik göstərər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir