668e424d12443668e424d124441720599117668e424d1243d668e424d12440

Qonaqlarınızı ovsunlayacaq fransız qəlyanaltısı

Baxış sayı: 336

Bu fransızlar olduqca qəribədir. Soğandan mürəbbə düzəldirlər, pendirlə ərik bişirirlər. Ancaq zövqlər haqqında mübahisə etmək olmaz.

Beləliklə, əriyin pendir və bal ilə necə bişirildiyini sizə təqdim edirik.

 

Tələb olunur: 

ərik – 8-10 əd.;

pendir  – 50 q;

təbii bal;

qoz.

 

Necə bişirilir?

1) Ərikləri yuyun, yarıya bölün və tumunu çıxarın.

2) Soba qabını yağlayın və ərikləri yuxarıya baxaraq içərisinə qoyun.

3) Pendiri dilimləyin və ya sürtgəcdən keçirin. Ərik yarılarına doldurun.

4) Pendirin üstünə bal tökün və doğranmış qoz-fındıq səpin.

Əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış sobada 10 dəqiqə hazır vəziyyətə gətirin.

Pendirli əriklərin şərab üçün əla məzə olduğuna inanılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir