allergiya

Şəhərdə yaşayanlar niyə allergiyadan daha çox əziyyət çəkir? – 4 SƏBƏB

Baxış sayı: 680

Böyük şəhərlərlə əhalisi az olan kəndlər arasında böyük bir uyğunsuzluq var. Xəstəxanalar, rahat ictimai nəqliyyat, qida bolluğu heç də həmişə vətəndaşlara fayda vermir: yemək daha pis həzm olunur, nəqliyyatdan isə faydadan daha çox zərər görürlər. Ancaq yaşayış üçün komfortlu şəraiti daha az olan kəndlərdə insanların xəstəliklərdən və allergiyanın əlamətlərindən o qədər də əziyyət çəkmədikləri üzə çıxıb. Bəs bu, niyə baş verir? “Gencaile.az” bunun 4 səbəbini təqdim edir.

 

Həddindən artıq gigiyena tələbləri

Kəndlilərin immun sistemi meqapolislərin sakinlərindən daha güclüdür. Şəhərlilər körpə yaşlarından uşaqlarına əllərini daim yumağı, iki dəfə yuyulmuş meyvələri yeməyi və küçə heyvanlarına toxunmamağı öyrədirlər. Bu davranışlar immunitet sisteminin möhkəmlənməsinə imkan vermir və real təhlükə yarandıqda bu hala öyrəşməyən orqanizm xəstəliyə tez təslim olur.

 

Stress

Gündəlik stress insan enerjisini öldürür. Gündəlik gərginlik həddindən artıqdırsa, orqanizm güclənmək əvəzinə gündən-günə zəifləyir. Nəticədə allergik reaksiyaların yaranmasına səbəb olan histaminin istehsalı başlayır.

 

Heyvanlar

Alimlərin gəldiyi qənaətə görə, erkən yaşlardan heyvanlarla ünsiyyətdə olan uşaqların allergik tutmalara məruz qalma ehtimalı daha azdır. Hətta allergiyaya meyl aşkarlansa belə, həmin uşaqlar bunu daha asan keçirir və gələcəkdə daha az problemlə qarşılaşırlar.

 

Qidalanma

Kəndlərdə, qəsəbələrdə yaşayanlar sterilizə olunmuş süd almırlar. Uşaqlıqdan bəri çiy süd içməyə öyrəşmiş insanlar təbii südün ağır həzmindən əziyyət çəkmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir