ev

Sosial mənzillərdə işlər nə yerdədir?

Baxış sayı: 189

“Güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksində işlər davam etdirilir. Ərazidəki ilk yaşayış binası və 3 mərtəbəli ümumtəhsil məktəbində son tamamlama işləri aparılır”.

Bu sözləri  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova deyib.

Onun sözlərinə görə, ərazidəki 29 yaşayış binasından 25-də işlər aparılır: “Habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir. Yaşayış binaları və məktəbin növbəti ilin yay aylarında təhvil verilməsi gözlənilir. Tikiləcək binalardan 12-i 12 mərtəbəli, 17-i 9 mərtəbəli olacaq”.

Onun sözlərinə görə, mənzillərin tikintisinin 30 faizi başa çatandan sonra satışa başlanılacaq: “Tikinti prosesi başa çatandan sonra 1843 ailə mənzillə təmin ediləcək. Mənzillər tam təmirli mətbəx mebeli ilə birlikdə alıcılara təklif ediləcək. İlk mənzillərin satışı ilə bağlı elanın bu ilin sonunda verilməsi gözlənilir. Mənzilləri güzəştli ipoteka fonunun ipoteka krediti, nağd və ya digər kredit təşkilatından əldə etdiyi vəsait hesabına ala biləcək”.

ev

D.Dadaşova güzəştli mənzil əldə etmək üçün 5670-dən çox sənəd qeydiyyata alınıb: “Mənzillərini satışı ilə bağlı elan ediləndən sonra güzəştli mənzil əldə etmək hüququna sahib və müraciətləri təsdiq edilmiş şəxslər şəxsi elektron kabinetinə daxil olaraq satışa təqdim edilən mənzillərlə bağlı ətraflı məlumat əldə edə biləcək. Bundan sonra istədikləri mənzili seçə biləcək”.

Qeyd edək ki, kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq. Aylıq ödənişə gəlincə, 1 otaqlı mənzillərin aylıq ödənişi 140, 2 otaqlı üçün 180, 3 otaqlı üçün 300-350 manat ətrafında olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir