teyyare

Uçuş zamanı yoxa çıxdıqdan 37 il sonra eniş edən təyyarə haqqında MARAQLI FAKTLAR

Baxış sayı: 206

Tarixdə bir çox maraqlı təyyarə hekayələri var. Haqqında bəhs edəcəyimiz hekayədə bir təyyarənin radarlardan itdikdən uzun bir müddət sonra ortaya çıxmasından bəhs edəcəyik.

Hekayə 22 iyul 1955 -ci ildə Nyu-Yorkdan havaya qalxan “Pan American 914” təyyarəsi ilə başlayır. Uçuşdan üç saat sonra Floridaya gedən bu təyyarədən və içərisindəki 57 sərnişindən heç bir məlumat alınmayıb. 3 saat sonra hava limanına enməli olan təyyarə Mayamiyə enməyib.  Təyyarə idarəetmə qülləsinin radarlarında görünməyib və heç bir siqnal olmayıb. Bütün izlər təyyarənin yoxa çıxdığını göstərirdi.

ucak 1.jpg (70 KB)

Bunun ardından dərhal axtarış -xilasetmə qrupu yaradıldı və təyyarənin uçuş marşurutunda olan Atlantik Okeanına baxılmağa başlandı.  Ancaq bütün səylərə baxmayaraq, təyyarənin heç bir qalığını tapmaq mümkün olmadı.

Daha sonra təyyarədəki insanların həlak olduğu elan edildi, amma heç kim təyyarəni tapa bilmədiyi üçün təyyarənin harada olduğu açıqlanmadı.

Bu hadisədən düz 37 il sonra, 9 sentyabr 1992 -ci ildə Venesuela hava limanında çalışan Juan de la Corte, uçuşlara baxarkən hərəkətdə olan bir təyyarə gördü və uçuşu izləməyə başladı. Radarda görünən təyyarə daha sürətli uçurdu. Bu vəziyyət olduqca anormal idi …

ucak 3.jpg (77 KB)

Hava limanın işçisi Juan və iş yoldaşları birdən onlara doğru bir təyyarənin yaxınlaşdığını anladılar. Bu, illər əvvəl yoxa çıxan “Pan Amerika 914” idi. Təyyarəni idarə edən pilotlar harada olduqlarını soruşublar. Pilotlara Karakas hava limanına yaxınlaşdıqları haqqında məlumat verilib. Sonra Juan de la Corte pilotdan bir neçə sual soruşub və aldığı cavablardan şoka düşüb, çünki təyyarənin pilotu 2 iyul 1955 -ci ildə havaya qalxdığını söyləyib.

ucak 2.jpg (189 KB)

Təyyarə yerə endikdən sonra pilotdan həmin günün 21 May 1992-ci il olduğunu bilib-bilmədiyini soruşurlar. Bunun ardından pilot ağlasığmaz bir hərəkət edir. O “Təyyarəyə yaxınlaşmayın” deyir. Hava limanını tərk edəcəyini və motorlarını işə salacağını söyləyir. Pilot xəbərdarlıqlara qulaq asmadan havaya qalxmağa hazırlaşır və hava limanını tərk edir.

uak 4.jpg (115 KB)

Təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itir və yenidən həmin təyyarədən xəbər almaq mümkün olmur.

Bu hekayə ilk dəfə 1985 -ci ildə “Weekly World News” qəzetində nəşr olunub. Daha sonra 1992 -ci ildə baş verənlər əsasında dəyişiklik və yeniləmələrlə yenidən nəşr edilib.

Bütün bu baş verənlərə rəğmən hələ də bu təyyarənin sirri çözülməyib.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir