Teranae Kazimli

Uşaq tərbiyəsində ataların rolu – “HƏSSAS ANA”

Baxış sayı: 688

Analıq kişilərə deyil, qadınlara verilən ən mühüm məziyyətlərdən biridir. Ana olmaq və bu fəzilətlə təchiz olunmaq necə böyük hissdir!… Analarımız ailənin sütunu, cəmiyyətin gələcəyidir. Möhkəm cəmiyyət ancaq möhkəm təməllərə malik ailə quruluşu ilə mümkündür. Analar dilimizin müəllimidir. Həyatı bizə təqdim edənlər onlardır.

Bu mənada analarımız bizim ilk və əbədi müəllimlərimizdir. Onlardan öyrəndiklərimiz ömür boyu davam edəcək. Həyatımızda ən gözəl şey həmişə analarımızın bizə öyrətdikləri və bizim üçün etdikləridir. Anaların övladlarına olan sevgisi qarşılıqsızdır. Əsl sevgi və mərhəmət görmək istəyənlər analarımıza baxsınlar. Onların hər baxışında sevginin fərqli bir tərəfi kəşf edilir.Amma analar hər nə qədər uşaq təlim tərbiyəsi ilə daha çox məşğul olsalar da, atalar da bu prosesdə yaxından iştirak etməlidirlər.Azərbaycanda ailə sistemi milli.mental dəyərlər falan deyib bunu analar, nənələr, dayələr etməlidir düşüncəsi formalaşsa da, mən bir mütəxəssis kimi əsas ata-analara üzümü tutub demək istəyirəm ki, uşağınıza zaman ayırın ən az gündə 25-30 dəqiqə olsun. Prinsipcə, azdan çıxa doğru da olar.  Yetər ki, bu zaman kəsimində yalnız siz və uşağınız olsun və ona suallar verin, həmçinin onun suallarına cavab verməyə çalışın. Mükəmməl olmaq zorunda deyilsiz, əziz valideynlər. Bunu bizə nə yazıq ki, uşaqlıqdan təşviq ediblər, amma əslində həyat mükəmməl olmaq üçün çox qısadır!

VALIDEYN

Nəysə, indi sizə bəzi məsləhətlər verəcəm, ümidvaram ki, az da olsa, faydalı olacaq.

Uşağınızla danışarkən bəzi sadə sözlərdən istifadə edərək onu daha çox danışmağa təşviq edə bilərsiniz. “Baxıram, düzdür, çox maraqlıdır, gəl, mənə bu haqda bir az danış, mən dinləyirəm, məncə, bu, sənin üçün vacibdir, həqiqətən də fikrinizi bilmək istəyirəm.” Bu kimi sözləri dinlədiyiniz zaman uşağınızın sizinlə daha asan danışdığını və özünü daha yaxşı ifadə etdiyini görəcəksiniz. Dərhal cavab vermədən sizə sual verəndə “Sizcə, bu nə ola bilər?” Sualı ona yönəldə və onu düşünməyə və danışmağa vadar edə bilərsiniz.

valideyn

Və sonda: Araşdırmalara görə, “atasıyla doyumlu zaman keçirən”  uşaqlar yad insanlarla münasibətdə daha təşəbbüskar, özünə inamlı və uğurlu olurlar. Analarımız inciməsin bundan, çünki zatən onlar uşaqların hər anında yanlarında daha çox olurlar.

 

Təranə Kazımlı

Pediatr, uşaq inkişaf mütəxəssisi

 




7 şərh “Uşaq tərbiyəsində ataların rolu – “HƏSSAS ANA”

  1. Ramin Qasımov

    Elmi araşdırmalara əsasən, atalar uşaqlarının böyüməsində aktiv iştirak etdiyi halda uşaqların daha az pis davranış problemləri olur və onlar istər sosial, istərsə də akademik olaraq daha uğurlu fərd olurlar

    Cavabla
  2. Mehin

    Atanın ailədəki rolu “çörək qazanmaq” ilə bitmir. Ataları ilə daha yaxın və isti münasibəti olan uşaqların əksəriyyəti böyüyüb özünə daha əmin yetkinlər olaraq yetişir.

    Cavabla
  3. Cəmşid M.

    Ata uşaq dialoqunun erkən qurulduğu ailələrdə uşaq kiçik yaşlarından başlayaraq ana modeli ilə bərabər ata modelinə də sahib olur və anadan fərqli bir modelin olduğunu da öyrənir.

    Cavabla
  4. Arif Pənciyev

    Gözəl və sağlam tərbiyə hər iki valideynin, yəni ana və ataların da uşağın həyatında aktiv iştirak etdiyi prosesdir. Atanın ailədəki rolu uşağın psixoloji və fiziki sağlamlığı üçün inanılmaz dərəcədə önəmlidir.

    Cavabla
  5. Sevda Asim

    Uşaqlar böyüdükcə atalar oyun yoldaşı, dost, bələdçi və mentor rollarını da həyata keçirirlər.

    Cavabla
  6. Təranə Kazımova

    Dəyərli oxucular şərhlərdə yazdığınız fikirlər rəylərlə tamamilə razıyam

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir