bud-canaq

Uşaqlarda bud-çanaq oynağı displaziyası haqda bilmədikləriniz

Baxış sayı: 2. 549

Bud-çanaq oynağının displaziyası nədir?

Bud-çanaq oynağının displaziyası – bud-çanaq oynağı inkişafının pozulmasıdır. Bunun əsas səbəbi oynağın “bud” komponentinin “çanaq” komponentilə  düzgün uzlaşmamasıdır ki, nəticədə ətrafların dayaq funksiyalarının pozulması yaranır.

 

Bud-çanaq oynağının displaziyasının 3 dərəcəsi var:

  • I dərəcəli displaziya
  • II dərəcəli displaziya
  • III dərəcəli displaziya

 

Displaziyanın yaranma səbəbləri

Dayaq-hərəkət sisteminin inkişaf etməsinə aşağıdakılar səbəb ola bilər:

  • İrsiyyət;
  • Hamiləlik dövründə qadında baş verən hormonal pozuntular;
  • Susuzluq, dölün iri olması. Bu zaman uşağın bud-çanaq oynaqlarının hərkət həcmi azalır, bu isə normal inkişafa mane olur;
  • Ananın keçirdiyi ginekoloji xəstəliklər (uşaqlığın mioması, uşaqlıqda birləşmə prosesi və s.);
  • Bəzən çanaq çıxığına azçəkili körpələrdə də rast gəlinir.

Displaziyanın əlamətləri

Çıxığın bəzi əlamətlərini körpənin anası aşağıdakı əlamətlərə görə müəyyənləşdirə bilər:

  • Uşağın bir ayağının digərindən qısa olması;
  • Budda əlavə qatın olması;
  • Yandakı qatlarda asimmetriya;
  • Ayaqları ayıran zaman asimmetriya;
  • Ayaqlar dizdən qatlanıqlı vəziyyətdə olduqda tam açılmır;
  • Ayaqların yığılması zamanı diz və bud-çanaq nahiyəsində şıqqıltı yaranır.

Displaziyanın diaqnostikası

Bəzən analar körpəsini nəzərdən keçirdikdə bəzi qəribə əlamətlər müşahidə edirlər: bir ayağın digərindən qısa olması, bud və yandakı qatların asimmetriyası.

Belə uşağı masanın üzərinə qoyub, ayaqlarını dizləri qatlanmış vəziyyətdə yan tərəflərə ayırdıqda onlar masaya toxunmur.

Doğum evində pediatrlar uşaqda bud-çanaq patologiyasının olub-olmadığını müəyyənləşdirirlər. Daha sonra uşağın vəziyyətini nəzarətdə saxlayan pediatr onun oynaqlarını diqqətdə saxlaır. Əgər hər hansı şübhə yaranarsa, uşaq USM göndərilir və ya uşaq ortopedinin müayinəsinə göndərilir.

Ortopedin müayinəsi mütləq qaydada uşağın 1, 3, 6 və 12 aylığında (uşaq yeriməyə başladıqda) aparılmalıdır.

Uşaqda displaziya olarsa və ya buna şübhə yaranarsa, həkim bud-çanaq oynaqlarının rentgen müayinəsini də təyin edə bilər. Rentgenoqrafiya oynaqların vəziyyətinə obyektiv qiymətləndirilməsi üçün şərait yaradır.

 

Displaziyanın müalicəsi

Əgər uşaq ortopedi bud-çanaq çıxığı diaqnozu qoyarsa, dərhal həkim müdaxiləsi tələb olunur. İnkişafda olan uşaq vaxtlı-vaxtında müalicə olunmazsa, displaziya daha ağır formalara keçə bilər. Unutmayın ki, bu patologiyanın müalicəsi uzunmüdətli və kompleks müalicə tələb edir.

Müalicə məqsədilə həkimin tövsiyəsi ilə düzgün bələmə qaydalarına əməl edilməli, həmçinin müalicəvi gimnastikalar olunmalıdır. Bundan başqa, ortoped bəzi ortopedik vasitələr təyin edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir