ev

Xərcə düşmədən evi necə yeniləmək olar? – QƏNAƏT ETMƏYİN ÜSULLARI

Baxış sayı: 556

Yeni il öncəsi ev əşyalarını yeniləmək çoxdankı ənənədir. Təəssüf ki, bayramdan öncə onsuz da artan xərclər bu ənənəyə əməl etməyə bəzən imkan vermir. Amma büdcəni düzgün planlayaraq, xərclərin istiqamətini öncədən müəyyənləşdirərək hər kəs qənaət edə, eyni zamanda istədiyi bayram hədiyyəsini özünə icazə verə bilər.

Bu məqalədə məişət texnikasının alışı zamanı xərclərə qənaət etməyin üsullarını araşdırmışıq.

Ev əşyası aldıqda, onun uzunömürlü xidmət edəcəyinə diqqət yetirin.

Evə dəyərli məhsul alanda ondan nə qədər müddət istifadə edəcəyinizi elə mağazadaca özünüzə sual verin. Hər gün istifadə edilən ev əşyası sahibini yarı yolda qoymamalıdır, ona ödənilən pul öz qarşılığını əməldə göstərməlidir.

paltaryuyan

Bu baxımdan, qənaət həm də, misal üçün, doğru seçilmiş paltaryuyandır. Yaxşı paltaryuyan həm özü uzun illər xidmət etməli, həm də yuduğu parçaların uzunömürlülüyünü təmin etməlidir. Paltaryuyan seçərkən elə seçim etməlisiniz ki, bu paltaryuyanın keramik qızdırıcılı elementi ərp bağlamasın. Bu, o deməkdir ki, qızıdırıcı element hələ uzun müddət sahibinə xidmət edəcək. Xüsusi 2 pilləli qoruma sistemi maşını su sızmasından qoruyur. Yəni qonşularınızla aranızda su basma problemi də olmayacaq.

Image result for tozsoran

Zamanınızı doğru dəyərləndirin

Həyatda ən az qənaət etdiyimiz şey bəlkə də zamandır. Halbuki itirilən pulu geri qaytarmaq mümkün olsa da, zamanı qaytarmaq qeyri-mümkündür. Xüsusən ev təmizliyinə qənaət etmək imkanı varsa, niyə ondan istifadə etməyək? Məsələn, tozsoran seçərkən güclü sorma qabiliyyətinə malik olan tozsoran seçmək məsləhətdir. İki ayrı konteyner və 350 VT sorma gücü sayəsində ev tozsoranlamağa sərf edilən vaxta 2 dəfə qənaət etmək olar. Həm də hər dəfə ehtiyat zibil torbası almağa da ehtiyac qalmır. Konteyner dolanda sadəcə zibil vedrəsinə boşaldırsınız, vəssalam. Samsung tozsoranı təkcə evləri təmizləmir, həm də xüsusi filter hesabına məkanda təmiz havanın yaranmasını təmin edir.

 Image result for smart televizor

Fərdi istirahətdə qənaət etmək olmaz

Qənaət dedik, amma insan öz istirahətinə qənaət etməməlidir. Çoxlarımız qış aylarında televizor qarşısında istirahət edirik. Bircə təsəvvür edin: geniş monitor, sevdiyin TV şousu, qovrulmuş şabalıd… Bu mükəmməl mənzərəni yaratmaq üçün bircə Smart Televizoru çatmır.

Bu televizorla sevimli TV şoularını 4K Ultra HD keyfiyyətdə izləyə bilərsiniz. Son model televizorların görüntü keyfiyyəti o qədər yüksəkdir ki, insan gözü reallığı rəqəmsaldan ayırmağa çətinlik çəkir. Ən əsası da Universal TV pultu ilə Smart menyunu idarə etmək çox rahatdır.