elcek

Əlcək geyinən zaman bunları etmək olmaz

Baxış sayı: 1. 392

Koronavirus pandemiyası dövründə bir çoxları iş yerlərində, küçədə, ictimai nəqliyyatda rezin əlcəklərdən istifadə edirlər. Mütəxəssislər bunu birmənalı qarşılamırlar.

Nevroloq, uzman həkim Nailə Ələkbərova bildirir ki, əslində əlcəklər mikrobları daha çox saxlaya bilir: “Koronavirusa yoluxmamaq üçün bir çox iş yerlərində və küçələrdə insanların rezin əlcəklər geyindiyini görürəm. Bu əlcəklər mikrobları daha uzun müddət saxlayır. Əgər əlinizdə yara, kəsik varsa, yəni dəri tamlığı pozulubsa, o zaman əlcək geyinməniz məsləhətdir. Amma bilin ki, əlcəkli əllərinizi üzə, saça toxundurmaq olmaz və icra etdiyiniz işdən sonra çıxarıb atmalısınız. Yəni əlcəkləri tez-tez dəyişməlisiniz. Əlləriniz sağlamdırsa, infeksiyadan qorunmaq üçün ən doğrusu əllərinizi 40-60 saniyə müddətində sabunla yumağınızdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir