GEYIM

Ən möhtəşəm qış trendi – FOTOLAR

Baxış sayı: 460

Bir neçə mövsümdür ki, dizaynerlər ən mürəkkəb və parlaq gecə geyimlərini gündəlik qarderobun bir hissəsi kimi təqdim edirlər. Bunun üçün sadə və cəsarətli bir yol tapıblar. Mütəxəssislər hesab edir ki, klassik ipək köynək və sviterlərə zərif ətəklər əlavə etməklə hər günü bayrama çevirmək olar. Və biz onlarla razılaşırıq, bu qış inanılmaz dərəcədə aktual olan zərli və ya biserli geyimlər monoxrom boz obrazı şaxələndirməyə kömək edəcək.

Belə bir ətək, əlbəttə ki, Yeni İl və koorporativ şənliklər üçün effektivdir. Lakin onları geyinmək üçün Yeni İlin gəlişini gözləməyə ehtiyac yoxdur.

Gümüşü və ya qızılı biserli ətəklər ağ və ya mavi köynək, sviter və ya trikotajlarla ahəngdar görünəcək. Bu tərz həm iş, həm də axşam geyim koduna mükəmməl uyğunlaşacaq. Çəkinizdən və bədən quruluşunuzdan asılı olaraq biserli yubkaların qısa və ya midi versiyalarını seçə bilərsiniz. Ayaqqabı seçiminin də mümkün qədər incə və zərif olması məsləhət görülür.

geyim 1

geyim 2

geyim 3

geyim 4

geyim 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir