pehriz

24 saata düz qarına sahib olmaq üçün detoks

Baxış sayı: 1. 031

Gündəlik olaraq detoksdan istifadə şişkinliyə səbəb olan zəhərli toksinləri bədəndən xaric etməyə yardımçı olur. Qaraciyərin funksiyalarını sağlam formada yerinə yetirməyə yardımçı olan bu tip proqramlara riayət etmək heç də gün ərzində ac qalmağınız demək deyil.

Beləliklə, bədəndəki şişkinliyi azaltmaq, həzm keyfiyyətini yaxşılaşdırmaq üçün 24 saatlıq tətbiq edəcəyiniz detoks proqramını təqdim edir.

 

Səhər yeməyi

Səhər yeməyi günün ən vacib qida qəbulu vaxtıdır. Bu təkcə qidalanma deyil, həm də gününüzü enerjili keçirmək səhər yeməyində seçdiyiniz qidalardan asılıdır.

 

Ərzaqlar

1-fincan badam südü

½ stəkan təzə və ya dondurulmuş çiyələk

½ fincan kələm

½ dondurulmuş banan

2 xörək qaşığı chia toxumu

Ərzaqları qarışdırıb için.

 

Nahar

Detoks zamanı yediyiniz şeylərə diqqət yetirmək və bədəninizin ehtiyac duyduğu qidaları aldığınızdan əmin olmalısınız. Avokado salatı kimi yüngül bir nahar sizi ağırlaşdırmadan doyduracaqdır.

 

Ərzaqlar

2 stəkan körpə ispanaq

6-8 kiçik pomidor

1 orta xiyar

1 avokado

 

sous üçün

2 limon suyu

¼ çay qaşığı üyüdülmüş kimyon

1 çay qaşığı alma sirkəsi

2 çay qaşığı zeytun yağı

dəniz duzu

qara istiot

 

Qabda limon suyunu, üyüdülmüş kimyonu, alma sirkəsini, təmiz zeytun yağını, dəniz duzunu və istiotu qarışdırın və salatınıza əlavə edin.

 

Şam yeməyi

Axam yeməyində həzm sisteminə və sizə ağırlıq gətirməyəcək qidalar seçilməlidir.

 

Ərzaqlar

3 stəkan doğranmış brokoli (buxarda bişirilmiş)

1 naringi (soyub doğrayın)

1 ovuc cəfəri

şüyüd (istəyə görə)

yarım pomidor

1 böyük xiyar

1 avokado

⅛ fincan balqabaq toxumu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir