Tərkibi:
* 300 q toyuq filesi
* 2 baş soğan
* 1 st. ağ kişmiş
* 1-2 yerkökü
* 50 q pendir
* 1 st. qoz
* 2 portağal
* şəkər tozu
* duz
* mayonez
Toyuq filesini bişirin, soyudub doğrayın.
Soğanı doğrayıb üzərinə qaynar su tökün, 3 dəqiqə sonra süzün, sonra sirkə, duz və şəkər qarışığında marinə edin.
Kişmişi qaynar suda bir dəqiqə saxlayıb süzün.
Yerkökü və pendiri ayrılıqda sürtgəcdən keçirin.
Qozu xırdalayın.
Aralarına mayonez çəkməklə lay-lay düzün:
toyuq + marinə edilmiş soğan + kişmiş + yerkökü + pendir + qoz.
Salatı bir neçə saat soyuducuda saxlayın. Süfrəyə verərkən üzərini portağalla bəzəyin.
Nuş olsun!
/Milli.Az/