Ölüm başqalarında şahid olduğumuz, amma heç zaman yaşayamadığımız bir təcrübədir. Biz varıqsa, o yoxdur. O gələndə isə artıq biz olmuruq…
Bu yazımızda sizə ölüm haqqında maraqlı məlumatlar verəcəyik:
1. Yaşayarkən yediyimiz qidaları parçalamaq üçün bədənizimin ifraz etdiyi fermentlər ölümdən 3 gün sonra bədənimizi “yeməyə” başlayır.
2. Ölülərin torpağa tapşırılması ənənəsinin təqribən 350 min il bundan əvvəl yarandığı deyilir.
3. Bu günə kimi 100 milyarda yaxın insanın öldüyü təxmin edilir.
4. ABŞ-ın Nyu-York şəhərində intihar edənlərin sayı cinayət qurbanlarının sayından çoxdur.
5. Hər gün təqribən 153 min nəfər müxtəlif səbəblərlə dünyasını dəyişir.
6. Hər il 7 min insan həkimlərin səliqəsiz xətti səbəbilə alınan səhv dərmanlardan dünyasını dəyişir.
7. İnsan öldüyü zaman, ən gec eşitmə qabiliyyətini itirir.
8. Ağacdan düşən hind qozunun (kokos) sizi öldürmə riski, köpək balığının öldürmə riskindən daha çoxdur.
9. Amerikada hər saatın tamamında bir insan içkili sürücünün qurbanına çevrilir.
10. Dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsində 200 qədər insan cəsədi var. Maraqlısı budur ki, bu cəsədlər istiqaməti müəyyənləşdirmək üçün alpinistlər tərəfindən istifadə olunur.
11. Dünyada hər 40 saniyədə bir insan intihar edir.
12. Köpək balığı bir ildə 12 insan, insanlar isə bir saatda 11 min 417 köpək balığı öldürür.
13. Hər 90 saniyədə bir qadın hamiləlik və ya doğuş zamanı dünyasını dəyişir.
14. ABŞ-da ildə 600 insan yataqdan yıxıldığı üçün ölür.
15. Hər gün 20 min uşaq yoxsulluq səbəbilə dünyasını dəyişir.
16. Hərəkətsizlik dünyada qarşısıalınmaz xəstəlik və ölümlərə səbəb olur.
17. Aparılan araşdırmalara görə, dünyada hər 8 ölümdən biri hava çirklənməsi səbəbilə baş verir.
Xəyalə Məmmədova