Ðîäèòåëè âîñïèòûâàþò ñûíà øêîëüíèêà

Valideynlərin buraxdığı səhvlər: tiranlıq, ya sərbəstlik?

Baxış sayı: 1. 364

Uşaqların tərbiyəsi elə də asan başa gələn proses deyil. Bəzən valideynlər bunun öhdəsindən gələ bilmir və nəticədə övladları xoşbəxt uşaqlıqdan və sanballı gələcəkdən məhrum olurlar. “Gencaile.az” valiedynlər tərəfindən uşaqların tərbiyəsində ən çox yol verilən yanlışlıqları təqdim edir:

  1. Nəzarət. Ata və ana uşağın əhatəsinə diqqət yetirmir, övladlarının günün çox hissəsini həyət-bacada oynamaları onlarda narahatlığa heç bir əsas vermir. Uşağın məktəbə vaxtlı-vaxtında gedib-gəlməsi və dərslərdə oturub-oturmamasından valideynlər xəbərsiz olur. Belə uşaqların gələcəyinin normal olacağına yalnız ümid etmək
  1. Güclü nəzarət. Birinci səhvin tam əksi də yaxşı nəticə vermir. Uşağın hər addımını izləmək və bu yolla onu özü istədiyi işi görməkdən məhrum etmək də qapalılığa, qaradinməzliyə gətirib
  1. “Ailənin kumiri”. Valideynlər lap körpəlikdən uşağa heç bir qadağa qoymur, bütün istəklərini yerinə yetirirlər. Nəticədə ərköyün və şıltaq övlad formalaşır. Belə uşaqlar bir qayda olaraq, müstəqil yaşaya bilmir, daim böyüklərin maddi və mənəvi dəstəyinə ehtiyac
  1. “Küllücə”. Bəzən iki və daha çox uşaqlı ailələrdə onlardan birinə çox diqqət göstərildiyi halda, digəri diqqət və qayğıdan məhrum olduğunu düşünür. Belə uşaqlar küsəyən, kövrək və tez ruhdan düşən insan kimi
  1. Tiranlıq. Fiziki güc tətbiq etmək, təhqir, aydın görünən hökmranlıq – bunlar uşağı daim qorxu içərisində saxlayır. Bu isə onu zəif psixikalı qəddar insana
  1. Vunderkind. Gənc valideynlər uşağı təhsil, idman, musiqi və digər əlavə məşğuliyyətlərlə yükləməyə çalışır və onlar üçün istirahətin vacib olduğunu düşünmürlər. Belə halda yoldaşları ilə oynayıb əylənməyə vaxt tapmayan uşaqlar etiraz etməyə başlayır, getməli olduqları məşğələlərə həvəs və maraqları tez

Uşaqların tərbiyəsində bütün bu faktları nəzərə alıb orta bir yanaşma üsulu tapmaq vacibdir. Bu yanaşma həm də uşağın xarakterindən asılı olaraq, ona uyğun seçilməlidir. Nəzəriyyəsi asan, tətbiqi çətin olan bir işdir. Amma yenə çalışmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir