“Yetkin kişi” bir çox qadınlar üçün “ideal kişi” anlayışının qarşılığıdır. Amma son vaxtlar qızlar “ideallıq” kriteriyasında dəyişiklik edib, gənc, yaraşıqlı, həyəcan dolu gənclərə üstünlük verirlər. Bəs onlardan hansı əslində idealdır – gənc, yoxsa yetkin?
Yetkin kişi təcrübəlidir, buna görə də bəzən bələdçi rolunu oynayır, stimul verir, qadının özünə inamını artırır. Gənc sevgili isə təcrübəsizdir, həyəcanlıdır, yəni “keçəl dərman bilsə, öz başına yaxar” misalı daha keçərlidir. O, özü də həyatı sizlə birlikdə öyrənir, eyni şeyləri edir, eyni hissləri yaşayırsınız. Üstəlik, harasa gedəndə “Görəsən, bura məndən əvvəl kimi gətirib?” şübhəsi də az olur.
Yetkin kişinin zarafat anlayışı daha əsaslıdır, gündəmdəki maraqlı hadisələrə qəribə və gülməli şərhlər verə bilir. Gənc isə öz bədənini hələ yeni-yeni tanıdığı üçün beldən aşağı zarafatlara üstünlük verir.
Yetkin sevgiliniz varsa, dost-tanış “Yaxşı pulu olar” söhbətlərinə başlayırlar. Cavan biri ilə sevgilisinizsə, gününüzün “yarı-ac, yarı-tox” keçdiyini zənn edirlər.
Yetkin kişi ilə mübahisə etmək çox çətindir. Səbəbin fərqi yoxdur, o hər şeyi bilir və ən yaxşı yolu göstərir, sən isə onu başa düşməyən tərəf olursan. Yaraşıqlı və gənc sevgilinizlə etdiyiniz hər mübahisə isə ehtiraslı sekslə bitir.
Yetkin insanla seks daha nizamlıdır, sakitdir, rahatdır. Bədənini səndən daha yaxşı tanıyır və qayğına qalır. Gəncin isə dünya-aləm vecinə deyil – doymaq bilmir, həvəsli, ehtiraslı və tələskəndir.
Yetkin kişinin əyləncə anlayışı da fərqlidir. Çünki insanlar yaşa dolduqca evdən ancaq yemək məqsədi ilə çıxırlar. Ona görə, əmin ola bilərsiniz ki, şəhərin ən yaxşı kafe və restoranlarında yemək yeyəcəksiniz. Gənc sevgiliylə isə səhəri hamburgerlə açıb gecəni içki stolu arxasında bitirəcəksiniz.
Yetkin insan sevgilisinə işdəki problemlərini bildirmir, yaxud yetərli həyat təcrübəsi varsa, bilir ki, qadına bu problemləri danışmamalıdır. Gənc sevgili isə avtobusda, universitetdə başına gələn balaca bir hadisəni böyüdüb “fil düzəldir”, bütün enerjinizi sovurur, sonra da üzünü çevirib yatır.
Yetkin kişinin ailəsi ilə tanışlıq çox rahat keçir, əziyyət çəkib iki məzar ziyarət edirsən. Gənc isə hər dəqiqə “Səndən əvvəl heç kimi anama göstərməmişəm” deyib minnət qoyur. Üstəlik, anası da ömrü boyu səni oğluna yaraşdırmır.
Yetkin insanın evi səliqəli və təmiz olur. Həyəcanlı gəncimizin corabının bir tayının yastığın altından, o birinin mətbəx şkafından tapılması isə təəccüblü deyil.
Yetkin kişinin dostları bir az darıxdırıcıdır, adətən çay-qəlyan, kabab-araq süfrəsində yığışırlar. Əksəriyyəti də ailəli olur. Gəncin ətrafı isə özü kimi avaralarla doludur.
Atasız qızların ata əskikliyini dolduran yetkin kişi sahiblənən, qayğıkeş və diqqətcildir. Həyəcanlı cavan isə gülməlidir, sevgi doludur, panikaya tez düşür və onda itirmə qorxusu var.
Hürriyet.com.tr