sağlamlıq

Xəstələnməmək üçün bunları edin – 7 QAYDA

Baxış sayı: 1. 902

Biz həyatımızla pis zarafat edirik, məsələn, siqaret çəkirik, alkoqollu içkilər içirik, bütün günü oturaq işlə məşğul oluruq, kompüterdən və ya televizordan asılırıq. Statistikaya əsasən, xəstəlik baş ağrıları və gözlərin yorğunluğu olan insanları daha tez tapır. Hərəkətsizlik, qan dövranının zəifləməsi, yorğunluq xəstəliyə yoluxmanı asanlaşdırır. Allergiya və digər xroniki xəstəliklər orqanizmi zəiflədir.

Bəzi insanlar gündə 3 dəfədən az qidalanır. Bu da əksər hallarda isti yeməklər deyil, buterbrodlar olur. Orqanizmdə vitaminlər kifayət etmir. Bu zaman infeksiyalarla mübarizə aparmağa orqanizmin gücü çatmır.

Bəs xəstəliklə necə mübarizə aparmaq olar?

1. Çalışın siqaretdən qaçın, bütün pis vərdişlərinizi atın! Fiziki işlər görmək, hər gün 3-5 kilometr piyada gəzmək lazımdır.

2. Günəş və təmiz hava qəbul etmək. Bu bizim ən vacib vitaminimizdir. Təmiz hava beynə çox yaxşı təsir edir.

3. 7-8 saatdan az olmayaraq yatmaq.

4. Düzgün qidalanmaq. Gündə 3 dəfə və isti yeməklərlə qidalanın. Meyvə və tərəvəzlərdən daha çox istifadə etmək lazımdır.

5. Stress və yüklənmədən kənar qaçmaq. Gündəlik plan qurmaq da faydalı ola bilər.

6. Orqanizmi möhkəmləndirmək, idman etmək. İstənilən yaşda buna başlamaq olar.

7. Qalın geyinməyin. Təbii geyimlərdən istifadə edin. Əgər siz qripə qarşı peyvənd olunmaq istəyirsinizsə, bunun üçün ən yaxşı vaxt sentyabrın sonudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir