2ədəd orta boy kartof
2ədəd orta boy yerkökü
2ədəd yumurta
1 toyuğun döş əti
200q qoz ləpəsi
“Bizim Süfrə” zeytunlu mayonezi
Azərduz yodlu narın xörək duzu
Əvvəlcə tərəvəzlər bişirilir.Toyuğun döş əti də içinə duz tökülərək bişirilir.Qoz isə ya qozçəkən maşından keçirilir,ya da əllə doğranır.Bu salata holland pendiri də vurmaq olar,amma mən xoşlamadığım üçün vurmadım.Moyanezə isə zövqə görə smetan da qatmaq olar,amma salatın moyanezi nə qədər çox olsa bir o qədər dadlı olacaq.
İlk əvvəl kartof tyorkadan keçirilərək boşqaba səpilir.
Sonra kartofun üzərinə moyanez vurulur və duz səpilir.
Sonra üzərinə qoz səpilir.
Sonra isə yerkökü tyorkadan keçirilərək üzərinə səpilir.
Salatın üzərinə moyanez vurulur və duz səpilir.
Sonra toyuğun didilmiş döş əti səpilir.
Üzərinə isə yumurta tyorkadan keçirilərək səpilir.
Sonra isə moyanez vurulur və üzərinə duz səpilir.
Bütün bunlar ikinci dəfə eynilə təkrarlanır.Sonda kartof səpilir və üzərinə moyanez vurulur,zövqə görə bəzədilib süfrəyə verilir.
cox gozel
Cox dadli idi.Xosum geldi