qadin

Mükəmməl boyun və dekolte üçün 10 sadə hərəkət

Baxış sayı: 1. 639

Boyun və dekolte (sinə) hissə xanımların yaşlanmağını ən tez gözə çarpan hissələrdir. Bu hissələrin yaşlanmasının qarşısını almaq üçün müxtəlif vasitələr mövcuddur. Amma biz sizə bu dəfə işdə, tıxacda və metroda ideal boyun və dekolteyə sahib olmağınız üçün asanlıqla edəcəyiniz 10 hərəkət təqdim edirik.

1. Başınızı bir az arxaya dartın, xəfifcə ağzınızı açın. Çənənizi bir az yuxarı dartın. Ağzınızı bağlayın. Daha sonra isə başlanğıc möqeyə qayıdın. Hərəkəti yavaş-yavaş edin və mümkün qədər boyun əzələlərinizi işlədin. Bu hərəkəti 10 dəfə təkrar edin.

2. Kürəyinizi düzəldin. Qollarınızı sinənizdən çarpaz edib çiyninizə qoyun. Nəfəs alarkən əlləriniz çiyninizdə olsun və boynunuzu maksimum yuxarı doğru dartın. Bunu edib 10 saniyə saxlayın və sonra başlanğıc nöqtəyə geri dönərək hərəkəti 10 dəfə təkrar edin.

3. Kürəyinizi düzəldin və çiyinlərinizi rahatlayın. Başınızı aşağı əyin. Daha sonra isə aşağı vəziyyətdə hər çiyinə doğru başınızı fırladın. Beləliklə, hər dəfəsində 10 hərəkət etməklə bu məşqi 10 dəfə təkrarlayın.

4. Kürək və çiyinlərinizi düz saxlayın. Başınızı çevirin. Çənənizi çiyninizə doğru saxlayın. Bir neçə saniyə bu vəziyyətdə qalın və daha sonra başlanğıc vəziyyətə qayıdın. Hər iki tərəflə bu hərəkəti 5 dəfə təkrarlayın.

5. Əvvəlki hərəkəti təkrarlayın. Sadəcə çiyin və çənənizi deyil, həm də, qulaqlarınızı da hərəkət etdirin.

6. Boynunuzu yuxarı doğru gərin, çənənizi də yuxarıya qaldırın – bu hərəkəti 10 dəfə təkrar edin.

7. Dirsəklərinizi masaya qoyun, barmaqlarınızı yumruq kimi yumun və dirsəkləriniz masada olan vəziyyətdə, əllərinizi də yumulu halda çənənizə qoyun. Əllərinizlə çənənizi yuxarı doğru qaldırmağa çalışın. Bu hərəkətdə boyun əzələləri müqavimət göstərəcək. Sonra hərəkətin yönünü dəyişərək əllərinizlə çənənizi aşağı doğru salın.

8. Ağzınızın kənarlarını aşağı salın, eyni zamanda da, boyun əzələləriniz bərkidin. 5-10 saniyə gərgin vəziyyətdə qalın və sonra rahatlanın. Hərəkəti 10 dəfə təkrar etməyiniz məsləhətlidir.

9. Çənənizi yavaş-yavaş sinənizə doğru endirin. Bunu 10-15 dəfə təkrarlayın.

10. Qollarınızı mümkün qədər yuxarı qaldırın və başınızı da düz saxlayın. Əgər boynunuzu yorğun hiss edirsinizsə bu hərəkəti gün ərzində bir neçə dəfə təkrar edin. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir