qan qrupu

Qan qruplarının yaranma tarixi haqqında bilmədikləriniz

Baxış sayı: 1. 837

Məşhur yazıçı Mixail Bulqakov “Ustad və Marqarita”sında belə deyir: “Ən çətin sual qan qrupu ilə bağlı olsun gərək”. Bəlkə də yüz il bundan öncə üçün çətin sual olub, amma müasir dünyanın insanı üçün bu, çox sadə sualdır. Çünki bu günün insanı anlayır ki, öz qan qrupunu bilmək ilk növbədə səhhəti üçün vacibdir. Ola bilər ki, çətin vəziyyətdə yardım göstərmək üçün kiməsə qan lazım olar. Elə özü də qəzaya uğradığı, şüuru özündə olduğu halda qan qrupunu bilməklə ilk yardım edənlərin işini asanlaşdıra bilər. Belə deyirlər ki, eyni qan qrupunu daşıyan insanlar bir-birinə yaxın olur, hadisələri bənzər şəkildə qavrayırlar, bir-birini duya bilirlər. O da var ki, qan qrupunu bilməklə soykökünün, fərd olaraq mövcudluğunun tarixini öyrənmək mümkündür.

Qan insan yaranan kimi qruplara bölünməyib. Sonrakı dövrlərdə tədricən yaşam tərzinə, mühitə uyğun olaraq qan qruplaşmağa başlayıb.

Ən qədim qan qrupu I qan qrupudur. Ona görə də bu qan qrupundan olan insanların sayı daha çoxdur. I qan qrupu neandertallara qədər gedib çıxır. Bu qan qrupu insanlarının sağlamlığının zəmanəti əcdadları kimi daim hərəkətdə olmaqdır. Passiv həyat onların qənimidir. Anadangəlmə lider olurlar. Həmçinin dağıdıcılıq, qəddarlıq da əcdadlarının vəhşi yırtıcılıq qabiliyyətindən irəli gəlir.

II qan qrupu insanların əkinçiliyə başladığı dövrlərdə formalaşıb. Həmin dövrdə artıq insanların qida rasionuna müxtəlif ərzaqlar daxil olub. Bu qan qrupundan olan insanların bəlası ürək və görmə qabiliyyətidir. Həmçinin qaraciyəri də vaxtaşırı onların günlərini qara edir. Bu qan qrupundan olanlar ünsiyyətcil, hər vəziyyətə uyğunlaşan olurlar.

III qan qrupu Buz Dövrünə təsadüf edir. Bu qanın tərkibi istinin soyuğa keçidi əsasında formalaşıb. Elə xarakterlərinə də təsir göstərib. III qan qruplu insanlar soyuqqanlı, qərarlı və səbirli olurlar. Daha çox mədə-bağırsaq və digər selikli qişaların iltihabından əziyyət çəkirlər.

IV qan qrupu ən nadir və ən cavan qan qrupudur. Təxminən min il əvvəl formalaşıb. Nadir qan qrupunun insanları da nadir iradəyə sahib olurlar. Orqanizmlərində də immunitet güclüdür. Xəstəliklər hələm-hələm bu adamları yıxa bilmir. Bununla belə, onların da zəif nöqtələri var ki, bu da eşitmə orqanı və dəriləridir. Xaraktercə də cəsarətli və əzmkar olurlar. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir