ailə və karyera

QADINLAR DANIŞIR: “Ailə və karyeranı uzlaşdırmaqda hər şey özümüzdən asılıdır”

Baxış sayı: 2. 129

Bu günlərdə “Gencaile.az” saytı üçün kişi ekspertlərimiz bu mövzuya münasibət bildirmiş, problemi aydınlaşdırmağa, tövsiyələr verməyə çalışmışdılar. (Həmin materialın linki budur: http://gencaile.az/qadin/qadin-ve-problem/aile-ve-karyera-nece-etmeli-ki-onlar-bir-birine-mane-olmasin-kisi-ekspertler-danisir/)

Bu dəfə isə mövzunu qadın həmsöhbətlərimizlə müzakirə etmişik. Buyurun bu da qadınların mövqeyi:

Jurnalist, Türkiyədə yaşayan Məhsəti Şərif deyir ki, karyera ile bir-birinə mane olmur. Elə olsa yəqin ki, karyerası olan ve günümüzdə də cəmiyyətdə özünə yer tutan xanımlar olmazdı. İş qadınları, jurnalistlər, millət vəkilləri, eləcə də nazir və s. xanımlar var. Onlar həm karyera, həm də gözel ailə sahibləridir. Amma təbii ki, ailə quran qadınların ana olmaq kimi müqəddəs görəvi də var. Ona görə də bəlkə qısa müddət fasilə vermək məcburiyyəti yaranır. Bu karyeraya son vermək kimi qiymətləndirilə bilməz.

Amma təbii ki, istisnalar da var. Bəzi xanımlar ailə qurduqdan sonra işləmir. Demək ki, onların karyerada irəli getmək kimi fikirləri olmayıb. Sadəcə, işləyiblər və bu ailə quranda sona çatıb. Ya özləri bu fikrdə olub, ya da ailə qurduqları insan. Təbii ki, ailə qurandan sonra da həm ailəni, həm də karyeranı bir arada davam etdirmək olar. Bunun üçün güclü olmaq və bir az da işləmək həvəsi olmalıdır. Eyni zamanda, səni anlayan və sənə dəstek verən ailən.

 

“Etimad” Uşaq və Gənclərə Yardım Mərkəzinin rəhbəri, psixoloq Samirə Əhmədli hesab edir ki,  yaxın keçmişdə qadınlar ailəyə daha çox bağlı idi. Amma indi onlar karyera, yaxud ailə seçimi qarşısında qalıb. Hazırda mühitin tələbləri bir az fərqlidir. İndi qadının müəyyən hüquqları, karyera məsələləri daha çox ön plana çıxıb. Məncə, qadının ailəsi olmalıdır, qadın həm də müəyyən bir yerdə işləməlidir, amma istənilən halda qadın üçün əsas ailə olmalıdır. Ümumiyyətlə, hər bir insanın həyatında üç əsas amil rol oynayır: sağlamlıq, ailə və iş. Kişilər üçün hər uç amili əhəmiyyəti sayır, qadınlar üçün bunları bir yerdə cəmləşdirmək çox çətindir. İstər siyasi, istərsə də iqtisadi sferada qadınların çoxalması, daha aktiv olunması gündəmdədir. İndiki zamanda kişilərin müəyyən iqdisadi statuslarına nəzər yetirsək görərik ki, onlar əvvəlki qədər hegemon mövqedə deyil. Qadınlar zaman-zaman səlahiyyəti kişilərin əlindən alırlar. Buna görə qadınlarda karyera ön plana çıxır.Qızların karyeranı ailədən daha üstün tutmasına inanmıram. Hər bir qadın ilk növbədə bu dünyaya ana kimi gəlir və analıq missiyası təmin olmalıdır. Heç bir qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə görə bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir.  Yaxud cəmiyyətmizdə ele qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Lakin həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər”. Bütün qadınların özünə məxsus seçimi var. Karyera və ya ailəyə və uşaqlara özlərini qurban edirlər. Bəzi qadınların həyatı həmişə bir seçimdən ibarət olur. Halbuki, bütün bunları həm karyera həm də ailəni uğurla birləşdirmək olar. Çətin də olsa qadın hər şeyin öhtəsindən gəldiyi kimi bunu da bacara bilər. Cəmiyyətimizdə ikisini (Karyera ya ailə) bir arada idarə etməyi bacaran qadınlarımızda az deyi. Qədimdə qadınların işi daha çətin olduğundan onlar hər ikisinin öhdəsindən çətinliklə gəlirdilər. Müasir zamanda texnologiya inkişaf etdiyindən qadınların ev işləri ilə məşğul olması daha da asanlaşıb. Artıq bir çox iş əl ilə deyil məhz texnologiyanın köməkliyi ilə yerinə yetirilmiş olur. Əlbəttə, bütün qadınların hekayələri, müxtəlif, lakin mahiyyəti eynidir. Qızlar adətən karyeranı real olduğuna inanmadıqları üçün istəmirlər. Bu qızlar özlərini ailəyə həsr etməyi seçirlər. Dünyanın bir çox ölkəsində kişilərlə çiyin-çiyinə hətta onlardan geri qalmayan tanınmış qadınlar çoxdur. Bu gün Azərbaycan xanımları da hər bir sahədə sürətlə inkişaf edir. Hər hansı bir sahədə karyera sahibi olan qadın mükəmməl ailəyə sahib ola bilər. Biz zərif ola bilərik, amma zəif deyilik. Eyni anda həm kareyanın, həm ailənin öhdəsindən gəlmək mümkündümü? Hal- hazırda düşündüyüm qədər, çətin də olsa qadın hər şeyi bacardığı qədər bunu da bacara bilər. Yaşadağımız reallıqda az da olsa, bu cür qadınlara rast gəlmək mümkündü. Gözəl iş quran qadının niyə də gözəl ailəsi olmasın?! Bəlkə problem sadəcə kişilərdədi, bəlkə həmən o kişilər yanlarında güclü qadın görməkdən qorxurlar? Həm ana, həm ev qadını, həm həyat yoldaşı, həm də karyera qura bilən qadın olmaq olarmı? Əlbəttə olar. Bu gün kifayət qədər qadın var ki, həm normal ailəsi, həm də olduqca parlaq iş həyatı var. Həm övladına analıq edir, həm işində bacarıqlıdır. Həm həyat yoldaşının qayğısını çəkir, həm də ondan dəstək alır. Əgər bir kişi öz qadınını işləməyə qoymursa, dar düşüncəsi ilə onu bu vasitə ilə “pis cəmiyyətdən” “qoruyursa”, bunu bütün Azərbaycan kişilərinə şamil etmək olmaz. Bütün şərqli kişilər kimi bizim cəmiyyətin kişilərində də qısqanclıq var, amma bu xəstəlik həddində deyil. Qadınını qorumaq, qayğısına qalmaq kişilikdir, onu dörd divar arasında saxlayıb işindən uzaqlaşdırmaqla “ailədə mənim dediyim olmaldır” kimi fikirləşmək kişilik demək deyil. Qadın və karyera – ikisi bir arada mümkündür, mümkün olanı bacarmaq çətin deyil!

Hazırladı: Elçin Əli

gencaile.az

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir