salat

İftar süfrəsi – 22-ci gün

Baxış sayı: 1. 569

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə yay əriştəsi və ətli salatın hazırlanma qaydasını təqdim edirik.

 

Yay əriştəsi

İçindəkilər

Ət suyu – 500 ml.

Maş lobya – 0.5 st.

Soğan – 2 ədəd

Pomidor – 4 ədəd

Acı bibər – 1 ədəd

Kərə yağı

Duz, istiot

Keşniş

Xəmiri üçün

Un – 1 st.

Su, duz

Hazırlanması

Lobya bişirilir. Xırda doğranmış soğan, bibər və qabığı soyulmuş pomidor yağda qovrulur, duz, istiot səpilir. Ət suyuna qovrulmuş ərzaqlar və maş lobya əlavə edilir. Qaynamağa qoyulur. Una duz və su əlavə edilir, xəmir yoğrulur. Bir qədər dinlənmiş xəmirdən əriştə kəsilir, bulyona əlavə edilir. Hazır olmuş şorbaya xırda doğranmış keşniş səpilir.

Qeyd: istəsəniz didilmiş toyuq əti də əlavə edə bilərsiniz.

Ətli salat

İçindəkilər

Daha əti – 250 qr.

Kartof – 5 ədəd

Soğan – 2 ədəd

Keşniş, şüyüd – 1 dəstə

Bitki yağı

Mayonez

Duz, istiot.

Hazırlanması

Soğan halqavari doğranır, 3 saat sirkəli suda saxlanılır. Dana əti bişirilir, didilir, kartof dilimlənib yağda qızardılır. Servis edəcəyiniz boşqaba ərzaqlar aralarına mayonez, duz, istiot səpilərək bu qayda ilə yığılır: kartof, soğan, ət. Salatın üzərinə mayonez çəkilir və xırda doğranmış göyərti səpilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir