8aeae8

Ailə psixoloqu

Baxış sayı: 3. 667

Yaxşı valideyn olmaq üçün

Bəzi valideynlər “ideal ünsiyyətlə ideal valideyinlik arasında nə əlaqə ola bilər?” deyə düşünürlər. Hətta belə valideynlər valideynlik “rollarına” o qədər köklənirlər ki, həyat yoldaşları ilə ünsiyyətlərini ikinci plana keçirirlər. Halbuki yaxşı valideyn olmaq üçün, ilk növbədə yaxşı həyat yoldaşı olmaq lazımdır. Uşaqlarla münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də” ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?

  1. Hər şeydən əvvəl bu valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxili problemlər yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və analıq rollarında əks etdirirlər.
  2. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda bütün səyləriniz boşa gedə bilər.
  3. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi pis hərəkətləri də təqlid edirlər. Xüsusi ilə bu kiçik yaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda nifrət hakimdirsə deməli uşağınız tək sevgini yox, nifrəti də öyrənəcək.
  4. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərin səmimiliyinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə uşaqda özünəinamın azalmasına səbəb olur.
  5. Tərəflər arasında gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir.
  6. Müəyyən bir vaxtdan sonra uşaq valideynlər arasında tərəf saxlamaq məcburiyyətində qalır. Təbii ki, o bu mərhələdə öz mənafeyini unutmur.
  7. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır.
  8. Belə mühitdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirdən xilas ola bilmirlər.

Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir etməsinə şərait yaratmamalısız. İmkan verməyin ki, uşağınız problem olduğunu hiss etsin.

Ailə həyatınızı daha xoşbəxt etməyə imkan verən yeddi qayda:

1-ci qayda. Mübahisə etmək lazım deyil.
2-ci qayda. Ərinizin xasiyyətini dəyişməyə çalışmayın.
3-cü qayda. Tənqid etməyin.
4-cü qayda. Bir-birinizə səmimi minnətdarlığınızı bildirin.
5-ci qayda. Bir-birinizə kiçik diqqət yetirin.
6-cı qayda. Xoş rəftar olun

7-ci qayda. Ər-arvad həyatının şəhvaniyyət cəhəti haqqında yaxşı kitab oxuyun.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir