Fərqli və gözəl paltarlar geyinərək, payızın soyuq havalarında da özünüzü yaz əhval-ruhiyyəsində hiss edə bilərsiniz. “Gencaile.az” “Ailem.az”-a istinadən payızda cazibədar olmaq üçün bəzi məsləhətlər verir.
Toxunma paltar
Toxunma bir hissədən və eyni rəngdən ibarət paltarlar sizə cazibədarlığı və rahatlığı bir arada yaşamağa kömək edəcək.
Damalı paltar
Payız dedikdə ağlımıza damalı parçadan olan paltarlar gəlir. Bir bot və dəri çanta ilə kombinələyəcəyiniz damalı paltar sizə cazibədarlıq verəcək.
Uzun paltar
Uçuşan incə, uzun paltarlar gözəl bir dəvətdə diqqətləri üzərinizə çəkəcək. Bel kəmərləri bu paltarların olmazsa olmazlarından.
Qısa paltar və tüklü üst geyimi
Bu il çox dəbdə olan tüklü üst geyimləri mini paltarla kombinələndiyində xoş və gözəl bir görünüş bəxş edir.
Parlaq qırmızı paltar
Yazlıq parlaq qırmızı paltarınız varsa, mikro corab və uzun çəkmələrlə bu paltarı payız üçün uyğun bir hala gətirə bilərsiniz.
Şifon paltar
Həm cazibədar, həm rahat bir görünüş üçün şifon paltarı idman ayaqqabınızla uyğunlaşdırın.
Qələm paltar
Sərin bir payız axşamında klassik bir görünüş üçün hündürdaban ayaqqabılarınızı düz paltarınızla kombinələyin.
Gündəlik paltar
Eynək, qırmızı pomada və mini çanta ilə sadə bir paltarla cazibədarlığı yaxalaya bilərsiniz.