Massachusetts Xəstəxanası Psixiatriya Bölümünün mütəxəssisləri Daniel Zimmerman və Theodore Sternnin “Xəstəxanada həkimlərin dili” başlığı ilə dərc etdikləri kitabda həkimlərin söyüşkən olmalarından və bunun səbəblərindən yazıblar.
Müəllif söyüşkən olmalarının səbəbini keçirdikləri streslə əlaqələndiriblər. Amma bunun eyni zamanda xəstə-həkim münasibətinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Bəs hansı cərrah-həkim nə qədər söyüş söyür?
Britaniya Tibb jurnalının apardığı araşdırmaya əsasən cərrahlar əməliyyat zamanı 41.4 dəqiqədən bir söyüş söyürlər. Söyüşlərin çoxluğu sahələrinə və vəzifələrinə görə dəyişir. Ən çox söyüş söyən həkimlərin sırasında ortopedik cərrahlar durur ki, onlar təxmini hər 29 dəqiqədən bir pis söz işlədirlər.
Ginekoloqların əməliyyatları digər cərrahalarla müqayisədə az olsa da, digər həkimlərin 2 qatı çox söyüş söyürlər. Mələk görüntüsünə sahib olanlar isə qulaq, burun, boğaz cərrahiyyəsinin həkimləridir. Onlar 5 saatdan bir söyüş söyürlər. Əgər ciddi, stresli əməliyyat etmirlərsə, bu zaman söyüş söymə aralığı daha da uzanır.