qayinana

Qayınananı bürcünə görə tanı! – MARAQLI

Baxış sayı: 2. 781

Qoç bürcü – Həqiqətən də qoç kimi olurlar. Əgər sizinlə davamlı intirqası olarsa, həyatınız məhv ola bilər. Ətrafındakılara qarşı yaxşı əhval-ruhiyyəli və xoşbxət görünə bilərlər, amma gəlin və kürəkənləri incidirlər.

Buğa bürcü – Bu bürcdən olan qaynanalar inadkar olur. Loru dildə desək iki ayaqlarını bir başmağa dirəyir, hətta gəlinə hədə-qorxu da gəlirlər.

Əkizlər bürcü – Onlar adətən sakitdirlər, amma gözlənilməz hərəkətlər də edə bilərlər. Gah bir cür, gah da başqa cürdürlər. Çox etibar etmək olmaz. Ağıllıdırlar. Gəlin və kürəkənlərinə sürprizlər edə bilərlər.

Xərçəng bürcü – Bu bürcdən olan qaynanalar evlərinə, ailələrinə çox bağlı olurlar. Amma bu, bəzən həddini aşır. Ona görə də onların gəlinləri əsəbi olur. Təkid etməyi sevirlər. Bundan başqa yemək hazırlayıb onu yedirtmək və qərar qəbul etmək xoşlarına gəlir.

Şir bürcü – Qorxmalı oduğunuz qaynanadır. Kükrədisə, hər şey bitdi. Daim “mənim dediyim olmalıdır, vəssalam” fikrindədirlər.

Qız bürcü – Təmizkar və ciddi evdar qadındır. Ağla gəlməyən sürprizlər yarada bilir. Bundan başqa ona edilənləri heç vaxt unutmur.

Tərəzi bürcü – Tarazlığın simvolu olan tərəzi qaynanalar vicdanlı və hissiyatlıdırlar. Adətən ideal qaynanalar bu bürcdən olur.

Əqrəb bürcü – Əqrəb kimi sanca bilər. Nə edəcəklərini bilmək olmaz. Başa düşməkdə çətinlik çəkə bilərsiz. Heç gözləmədiyiniz vaxtda çox mərhəmətli ola bilərlər.

Oxatan bürcü – Onlar öz oğullarına çox bağlı olduqlarına görə, onların həyatına çox əhəmiyyət verirlər. Oğullarının maddi çətinliyinin olmağını istəmirlər. Gəlinlərinin işlərinə qarışmırlar, amma öz oğulları ilə vaxt keçirmək istədiklərindən gəlinlə problem yaşaya bilərlər.

Oğlaq bürcü – Realist, ağıllı və şübhəcildirlər. Verdikləri qərardan heç vaxt geri çəkilmirlər. Onlar zirvəyə çatmaq üçün hər şeyi gözə alırlar.

Dolça bürcü – ağıllı və “mən bilirəm” deyən qaynananız varsa, o, yəqin ki, dolça bürcündəndir. Xarakterinə uyğunlaşsanız yaxşı olar.

Balıq bürcü – Balıq qaynanalar kədərlənən, melanxolik, pula əhəmiyyət verməyən insanlardır. İncimək və ağlamaq üçün bəhanə axtarırlar. Bu da müəyyən müddətdən sonra ətrafındakıları bezdirir. /azvision.az/

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir