Uşağı olmayanlara müjdə: dövlət süni mayalanma istəyənlərə yardım edəcək

Baxış sayı: 7. 821

“Gencaile.az“ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələr üçün süni mayalanma əməliyyatı dövlət vəsaiti hesabına həyata keçiriləcək: “Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr bunu edə bilmirlər. Düşünürük ki, dövlət tərəfindən belə bir dəstək olsun. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində 10 ildən çox uşağı olmayan ailələr üçün süni mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Qanun layihəsində, həmçinin, aborta getməmək kimi məsələlər var”.

H.Rəcəbli əlavə edib ki, qanun layihəsində süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olsa da, bununla bağlı hələ heç bir nəticəyə gəlinməyib.

Qeyd edək ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsində “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir