usaq-yemek

Uşağa müstəqil yeməyi necə öyrətməli?

Baxış sayı: 1. 547

Uşaq yaxşı otura bildikdə onu daha qucaqda oturdub yedirməyin. Uşağı yemək stolunun arxasında müvafiq hündürlükdə stula oturtmaq lazımdır. Uşaq bu stulda elə oturmalıdır ki, ayaqları yerə dəysin. Ana uşağın qarşısında oturmalıdır. Əvvəlcə uşaq təzə vəziyyətə alışa bilmir, tez stuldan durmaq istəyir. Amma zaman keçdikcə uşaq oturub özü yeməyə vərdiş edir. Ana uşağının müstəqil yemək yeməyə öyrənməsini istəyirsə, uşağı stul arxasında oturdan kimi, qaşığı onun əlinə verməyə çalışmalıdır.

Ana əvvəlcə kasaya azca yemək töküb, qaşığı uşağın sağ əlinə verməli və kənardan uşağı izləməlidir. Arabir ana başqa kasadan yemək götürüb uşağın ağzına qoymalıdır. Uşağın bacarığından asılı olaraq ana onun kasasına yemək əlavə edir. Uşaq yeməyini ananın müşahidəsi altında yeməlidir. Ana uşağına yalnız kasadakı yeməkləri kasanın kənarlarından uşağın qaşığına doğru yönəltməkdə köməklik göstərir. Amma unutmaq lazım deyil ki, uşağın stol-stulu onun boyuna uyğun olmalıdır.

Uşağa stol arxasında düzgün oturmağı öyrətmək üçün lap əvvəldən vərdişlər aşılamaq lazımdır. Əvvəla uşağı öyrətmək lazımdır ki, yemək yeyən zaman stoldan qalxmaq olmaz. Əlbəttə ki, uşaqdan stolun arxasında birdən-birə tərpənmədən oturmağı tələb etmək olmaz. Bunu müxtəlif yollarla, məsələn uşaq stolun arxasından qalxanda yeməyini götürməklə cəzalandırmaq lazımdır. Uşağa başqa yerdə yeməyə icazə vermək, getdiyi yerə yeməyini aparmağa icazə vermək olmaz.

Uşaq lap əvvəlcədən qaşığı düz tutmağı öyrənməlidir. Əgər o qaşığı düz tutmayıbsa, çox incəliklə əlində düzəltmək lazımdır. Uşağı kasaya və ya boşqaba doğru çox əyilməyə qoymaq olmaz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir